Dövlət xarici borclanmanı azaldır, daxili borclanmanı artırır – RƏQƏMLƏR

Dövlət xarici borclanmanı azaldır, daxili borclanmanı artırır – RƏQƏMLƏR

Azərbaycan hökuməti 2023-cü və növbəti illərdə xarici borcları azaldıb, əvəzində daxili borclanmanı artırmaqla büdcə kəsirini və digər mühüm layihələri maliyyələşdirmək istəyir. 


Sfera.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ilin iyulun 1-nə olan məlumata əsasən, dövlətin xarici borcu 6,577 milyard dollar və ÜDM-in 10 faizi qədərində olub. İlin əvvəli ilə müqayisədə xarici dövlət borcu 116,3 milyon dollar və ya 1,7 faiz azalıb. 


Bu ilin iyulun 1-də daxili dövlət borcu 4,97 milyard manat və ya ÜDM-in 4,5 faizini təşkil edib. Daxili dövlət borcunun tamamı bir ildən 5 ilə qədər buraxılmış dövlət qiymətli kağızlardan ibarətdir. 


İlin əvvəli ilə müqayisədə daxili dövlət borcunun məbləği 782,1 milyon manat, yəni 18,7 faiz artıb. 


Daxili borcun artması dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi və xarici borcun tədricən əvəzlənməsi ilə əlaqədardır. 


2023-cü ilin iyulun 1-nə olan məlumata əsasən, dövlət borcunun (xarici və daxili) ümumi məbləği 16,151 milyard manat və ya ÜDM-in 14,5 faizi qədərindədir. 


2022-ci ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk 6 ayı üzrə ümumi dövlət borcunun səviyyəsi 584,4 milyon manat və ya 3,8 faiz, ümumi dövlət borcunun ÜDM-ə nisbəti isə 2,9 faiz bəndi artıb. 


Dövlətin borcunun artması büdcədən borcların əsas və faiz hissəsinin qaytarılması üçün ayrılan vəsaitin də artmasına səbəb olur. Bu ilin büdcəsindən dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,2 faizi həcmində və ya 1,183 milyard manat vəsait yönəldiləcək.


Azərbaycan hökumətinin yeni borc strategiyasına əsasən, 2027-ci ilin sonunda xarici dövlət borcu bir qədər də azalacaq, daxili borc isə daha da artacaq. 
2027-ci ilin sonunda xarici dövlət borcu 5,4 milyard dollar və ya ÜDM-in 6,8 faizi həcmində olacağı proqnozlaşdırılır.

 

2024-2027-ci illər ərzində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə emissiya olunacaq yeni dövlət istiqrazları, o cümlədən “Aqrarkredit” QSC-nin dövlət zəmanətli öhdəliklərinin dövlət borcu kimi təsnifləşdirilməsi nəticəsində daxili dövlət borcu 2027-ci ilin sonunda 22,2 milyard manat və ya ÜDM-in 16,4 həcminə çatacaq. 


Belə olan halda, 2027-ci ilin sonunda ümumi dövlət borcu 31,4 milyard manat və ya ÜDM-in 23,2 faizi həcmində olacağı proqnozlaşdırılır.


Ümumiyyətlə, qəbul olunan qaydaya əsasən, 2025-ci ilin sonunadək dövlət borcunun ÜDM-ə nisbəti 30 faizə yüksələcək və bu səviyyədə qorunacaq. 


2023-cü ilin sonunda isə dövlət borcunun məbləği 26,8 milyard manat səviyyəsində olacağı gözlənilir. Həmin dövrdə xarici dövlət borcu 10,85 milyard manat (6,38 milyard dolları) və ya ÜDM-in 9,1 faizi həcmində, daxili dövlət borcu isə 15,95 milyard manat və ya ÜDM-in 13,3 faizi həcmində olacağı gözlənilir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...