Dünya Bankı Türkiyəyə 35 milyard dollar ayıracaq

Dünya Bankı Türkiyəyə 35 milyard dollar ayıracaq

Dünya Bankı (DB) ortamüddətli iqtisadi proqramını həyata keçirmək üçün Türkiyəyə 35 milyard dollarlıq yardım paketi ayırmağı planlaşdırır.

 

Sfera.az xəbər verir ki, bu barədə NTV telekanalının efirində Türkiyənin maliyyə naziri Mehmet Şimşək bildirib:

 

“Mərkəzi Bankımızın rəhbəri ilə mənim Dünya Bankının prezidenti ilə uzun görüşümüz oldu. Proqramımız haqqında danışdıq. Dünya Bankında dedilər ki, proqramımızı dəstəkləmək üçün artıq planlaşdırılan 17 milyard dollardan əlavə, daha 18 milyard dollar ayıracaqlar. Ümumilikdə, Türkiyəyə Dünya Bankından 35 milyard ABŞ dolları məbləğində yardım paketi təqdim olunacaq”.

 

Qeyd edək ki, ötən həftə Türkiyə hakimiyyəti ölkə iqtidadiyyatındakı problemlərin aradan qaldırılmasını nəzərdə tutan 3 illik proqramını açıqlayıb. Şimşək qeyd edib ki, Ankaranın ortamüddətli proqramının əsas komponentlərindən biri inflyasiya ilə effektiv mübarizədir:

 

“Proqram inflyasiyanı ağlabatan səviyyəyə, birrəqəmli rəqəmə qaytaracaq. Bu, ən mühüm məqsəddir - 3 il ərzində inflyasiyanı birrəqəmli rəqəmlərə endirmək. Çətindir, amma mümkündür”.

 

2023-cü ilin sonunda Türkiyədə inflyasiyasının 65 faizi keçəcəyi gözlənilir. Hökumət proqramına əsasən, 2024-cü ildə bu göstərici 33 faiz olmalı və 2026-cı ilədək tədricən 8,6 faizə enməlidir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 40 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Ağcabədi rayonunda 40 yaşlı kişini ildırım vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Gələbədin kəndində baş verib.   Kənd sakini, 1...

Adapteri “tok”a taxanda partlayış oldu - Ər-arvad öldü

Kürdəmir rayonunda ər və arvadının ölümü ilə nəticələnən partlayış baş verib.   Sfera.az xəbər verir ki, dünən günorta saatlarında rayonun Çöhra...

“WhatsApp” bu smartfonlarda işləməyəcək

“Whatsapp” köhnə "Android" dəstəkli smartfonlarda işləməyəcək.   Sfera.az xəbər verir ki, 24 oktyabr tarixindən etibarən &...

Nazirlərin oktyabr ayı üçün vətəndaş qəbulu CƏDVƏLİ

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş...

Müstəmləkəçilərə qarşı mübarizə apararaq bütün Qərbi Afrikaya hakim olan qadınlar - Dahomey Amazonları

Tarixdə kişilərin dominant olduğu cəmiyyətlər hər zaman ön plana çıxsa da, bu yazıda qorxmaz qadın ordusu haqqında oxuyacaqsınız.   Sfera.az sizə Dahom...

Berlində daha bir biabırçı görünüş - Repper sevgilisini Kim Kardaşyana oxşatmaq istəyir

Kanye West və onun həyat yoldaşı Bianca Censori, açıq-saçıq geyimləri və açıq-saçıq ictimai “dəlilikləri” səbəbiylə mübahisələrə səbəb olan, aylarla...