Buğdanın qiyməti UCUZLAŞDI

Buğdanın qiyməti UCUZLAŞDI

2023-cü ilin iyul ayında Azərbaycana idxal edilən ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 401,85 manata düşüb.


Sfera.az xəbər verir ki, idxal buğdasının qiyməti iyunda 437 dollar, mayda 466 dollar idi. 


Müqayisə göstərir ki, buğdanın dəyəri iyulda 8 faiz, apreldən sonra isə 13,7 faiz enib. 


Buğdanın ucuzlaşmasına BMT, Türkiyə, Rusiya və Ukrayna arasında imzalanan Qara dəniz Taxıl Dəhlizi Sazişinin böyük köməyi olub. Bu razılaşmaya uyğun olaraq Ukrayna və Rusiyaya aid olan ümumilikdə 30 milyon tondan artıq buğda ixrac edilib və nəticədə dünyada buğda çatışmazlığı aradan qalxıb.


İyulun sonunda razılaşma qüvvədən düşüb. Əgər yenidən razılaşma əldə edilməsə, yəqin ki, avqustda buğdanın qiyməti bir qədər də yüksələcək. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR