"Z" nəslinin məsafədən işləmək vərdişləri iqtisadiyyata zərbə vurur - MARAQLI STATİSTİKA

COVID-19 virusunun yaratdığı pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlər Böyük Britaniya insanında ofisə gəlmədən işləmək vərdişlərini gücləndirib. Pandemiyanın başa çatmasına baxmayaraq, ölkə sakinləri arasında hələ də uzaqdan işləməyə üstünlük verənlər kifayət qədərdir. 


Sfera.az xəbər verir ki, britaniyalı iqtisadçılar pandemiyanın yaratdığı vərdişlərin Britaniyada iş aktivliyinə mənfi təsir etməsindən və bunun istehsal göstəricilərini pisləşdirməsindən narahatdırlar. 


2022-ci ildə aparılan bir araşdırma üzə çıxarıb ki, bütün işlərin 20 faizi ya uzaqdan, ya da hibrid formada (burada işçilər vaxtlarını öz mülahizələrinə uyğun olaraq ofis və ev arasında bölə bilərlər) həyata keçirilib. 


Bu vərdişlər xüsusən “Z” nəslində özünü biruzə verir. 1997-ci ildən sonra anadan olanlar üçün, ev və ofis işinin “hibrid” modelləri daha əlverişlidir. İndiki 23 yaşlı gənclər evdən universitet təhsilini aldı, yataq otağında buraxılış imtahanları verdi və “Zoom” proqramı vasitəsilə müzakirələrdə iştirak etdilər. İndi ilk işlərinə başlayan həmin gənclər uzaqdan işləməyi standart model kimi qəbul edirlər. Rəqəmlər göstərir ki, əksəriyyət buna üstünlük verir. “Reed” şirkəti tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, hər beş nəfərdən yalnız biri ofisdə tam zamanlı işləməyə üstünlük verir. 


“VSA Capital” investisiya firmasının baş icraçı direktoru Endryu Monk “The Telegraph”a açıqlamasında bildirib ki, uzun müddət evdə işləmək yaxşı deyil. Onun fikrincə, iş günlərində işçilərin ofisdə olması daha yaxşıdır:

 

“İdeya dəyişdirmək üçün ofisdə fəaliyyət göstərmək lazım olan çox sayda iş var. Gənclər böyüklərdən öyrənməlidirlər. Daha çox evdə qalmaq gənclərin sosial həyatının pisləşməsinə də səbəb olur, canlı ünsiyyət imkanları zəifləyir. Məhz bu fonda Britaniyada məhsuldarlıq aşağı düşüb. Tarixən, bir saatlıq iş üçün nə qədər məhsul istehsal edildiyi ilə ölçülən məhsuldarlıq hər il təxminən 2 faiz artırdı. Milli Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin ilk üç ayında məhsul istehsalı bir il əvvəllə müqayisədə 0,6 faiz, 2022-ci ilin sonu ilə müqayisədə isə 1,4 faiz azalıb. Böyük Britaniya qlobal səhnədə geri qalır. G7 ölkələri arasında Böyük Britaniya məhsuldarlıq baxımından dördüncü yerdədir. Fransadan 12 faiz və birinci yerdə olan ABŞ-dən 19 faiz geri qalır”. 


Ekspertlər məhsuldarlığın aşağı düşdüyü indiki dövrdə gənclərin uzaqdan işləmək həvəsinin sözügedən vəziyyəti daha da pisləşdirəcəyindən narahatdırlar.


Bəs niyə gənclərin 20 faizi uzaqdan işləməyə üstünlük verir?

 

Ekspertlər bunun əsas səbəbini şirkətlərin işə götürmək üçün insanlardan yüksək çeviklik tələb etməsi ilə izah edirlər.Gənclərin bəziləri bu tələblərdən narahatçılıq keçirdiklərindən uzaqdan işləməyə səy göstərirlər. Aparılan qiymətləndirmələr göstərir ki, uzaqdan işləmək iqtisadiyyata ciddi zərər vurur. Zərər ÜDM-in təxminən 5%-nə bərabər olur.


Vasif
 


OXŞAR XƏBƏRLƏR