Bağlanan banklardakı əmanətlər hansı hallarda geri qaytarılmır? - Ekspert vətəndaşlara XƏBƏRDARLIQ ETDİ

Bağlanan banklardakı əmanətlər hansı hallarda geri qaytarılmır? - Ekspert vətəndaşlara XƏBƏRDARLIQ ETDİ

“Günay Bank”ın lisenziyasının ləğvindən sonra banklara qoyulan əmanətlərin sığortalanması məsələsi aktuallaşıb. Belə ki, bankın müflis olacağı təqdirdə əmanətçinin əmanətinin risk altında olub-olmaması suallar yaradıb. 

 

Maraqlıdır, vətəndaşlar banka müəyyən məbləğ qoyarsa, nələrə diqqət yetirməlidir? Hansı halda əmanətlərin geri qaytarılmama riski var?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov vətəndaşları banka əmanət qoyarkən bir məsələdə xüsusilə diqqətli olmağa çağırıb: 

 

“Əmanətin qaytarılmaması o halda mümkündür ki, əmanət qorunan deyil, yəni Əmanətlərin Sığortalanması Fondu tərəfindən banka yatırılan məbləğ sığortalanmayıb. Buna görə, banka əmanət qoyanda əmanətçi əmanətinin sığortalı olmasına ciddi şəkildə diqqət yetirməlidir. Bunun da 2 şərti var.

 

Birinci şərt odur ki, vətəndaş banka 100 000 manat, yaxud daha çox məbləğ qoymaq istəyirsə, həmin məbləği banka bir neçə şəxsin adına qoysun. Yaxud da yüksək məbləğdə pulu bir yox, bir neçə banka qoymaq lazımdır.

 

İkinci şərt isə faiz dərəcəsidir. Əgər məbləğ banka manatla qoyulursa, onun faizi 12 faizdən çox olmamalıdır. Bu rəqəm 12,1 olarsa belə, artıq əmanət sığortasız hesab olunur”.  


Ekspert xarici valyuta üçün ayrıca faiz dərəcəsinin olduğunu da vurğulayıb. Ə.Həsənov əmanətlərin geri qaytarılma müddətinə aydınlıq gətirib:


“Məbləğ banka xarici valyutada qoyulursa, o zaman faiz 2,5 olmaqla hesablanmalıdır. Yəni vətəndaşlar bankların 15 faizlə olan təklifindən imtina etməlidir, əks halda bank bağlanarsa, əmanətləri sığortasız olacaq. Bu şərtlərə riayət olunarsa, bank bağlandıqdan maksimum 6 ay sonra qoyulan məbləği geri götürmək mümkün olacaq. Adi qaydada isə bu proses 3 aya başa gəlir”. 


Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR