Yeyinti məhsullarının idxalı ixracdan çoxdur – ŞƏRH

Yeyinti məhsullarının idxalı ixracdan çoxdur – ŞƏRH

Azərbaycanın aqrar ölkə olmasına və qida sənayesinin inkişaf etməsinə baxmayaraq, hələ də yeyinti məhsullarının idxalı ixracdan xeyli çoxdur. İllər ötdükcə bu fərq bir qədər də artır.


Düzdür, Azərbaycan dünyanın aztorpaqlı ölkələrindən sayılır və bu fakt kəmiyyət etibarilə daha çox məhsul yetişdirilməsini əngəlləyir. Eyni zamanda torpaqlarımızın uzun müddət 20 faizə qədərinin işğal altında qalması əkin və otlaq sahələrinin xeyli azalmasına səbəb olub. Sadalanan amillər kənd təsərrüfatı və ərzaq mallarının istehsalı həcminə mənfi təsir etsə də digər amillər, o cümlədən iqlim şəraitinin əlverişli olması əksər bitkiçilik və heyvandarlıq məhsullarını yetəri qədər yetişdirilməsinə imkan verir.


Sfera.az bildirir ki, istehsalda və idarəetmədə üstün texnologiyanı tətbiq etməklə kiçik əkin sahələrindən, azsayda heyvanlardan da çox məhsul əldə etmək mümkündür. Lakin müxtəlif səbəblərdən Azərbaycanda aqrar sahədə üstün texnologiyaları yetərincə tətbiq etmək mümkün olmayıb və bu səbəbdən hələ də yeyinti məhsullarının idxalı ixracdan xeyli çoxdur. 


Rəsmi statistikaya əsasən, yeyinti məhsullarının ixracı 2013-cü ildə 878 milyon dollar, 2016-cı ildə 525 milyon dollar, 2019-cu ildə 772,2 milyon dollar, 2021-ci ildə  816,2 milyon dollar, 2022-ci ildə 912 milyon dollar olub. 

 

Bunun əvəzində yeyinti məhsullarının idxalı 2013-cü ildə 1,563 milyard dollar, 2016-cı ildə 1,343 milyard dollar, 2019-cu ildə 1,93 milyard dollar, 2021-ci ildə 2,215 milyard dollar, 2022-ci ildə 2,691 milyard dollara yüksəlib. 

 

Göründüyü kimi, ixrac son illərdə azaldığı halda yeyinti məshullarının idxalında davamlı artım baş verir. 

 


Burada yeyinti məhsulu dedikdə insanların və heyvanların istehlak etdiyi məhsulların cəmi nəzərdə tutulur. Yəni, ərzaq məhsulları ilə yanaşı, spirtli içkilər və tütün məmulatları, heyvan yemləri və s. aiddir. 

 

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanın ixrac etdiyi yeyinti məhsullarının təxminən 90 faizini kənd təsərrüfatı, qalanını sənaye məhsulları təşkil edir. İdxal etdiyimiz məhsulların isə təxminən yarısı sənaye məhsullarından ibarətdir. 

 

Azərbaycanın ən çox ixrac etdiyi yeyinti məhsulu bitki mənşəli məhsullardır. 2022-ci ildə 695 milyon dollarlıq bitki mənşəli məhsul satmışıq. Bunun 449 milyon dollarını meyvələr, 219 milyon dollarını tərəvəzlər təşkil edib. 


İdxalda isə hazır qida məhsulları, tütün məmulatları və bitki mənşəli məhsullar çox paya sahibdir. Hazır qida məhsullarının alışına 857 milyon dollardan ( o cümlədən şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarına 228 milyon dollar, taxıldan alınan məhsullara 159 milyon dollar) artıq vəsait xərclənib. Bitki məhsullarının idxalına 969 milyon dollar (o cümlədən taxıla 516 milyon dollar, meyvələrə 149 milyon dollar) ayrılıb.  

 

Qeyd edək ki, kənd təsərrüfatının inkişafı üzrə qəbul edilən Strateji Yol Xəritəsində idxalı əvəz etmək potensialı olan bir sıra kənd təsərrüfatı və emal sənayesi məhsulları müəyyənləşdirilib. Həmin məhsullar heyvandarlıq məhsulları: ət, süd, quş əti; dənli paxlalılar: buğda, qarğıdalı və s.; sənaye təyinatlı məhsullar: pambıq, tütün, şəkər çuğunduru, çay, dərman bitkiləri, barama, yun, gön-dəri şəklində qruplaşdırılıb. 


Yol Xəritəsində göstərilir ki, ortamüddətli perspektiv üçün idxalın əvəzlənməsi məqsədi ilə sənaye məhsulları üzrə emalın inkişaf etdirilməsi nəzərdə tutulur. Beləliklə, prioritet üzrə qarşıda duran məqsədə nail olmaq üçün idxalı əvəz etmək potensialı olan kənd təsərrüfatı məhsullarının hər qrupu üzrə əsas məhsullar müəyyənləşdirilərək, onların istehsal və emal potensialının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...