2023-cü ildə dünya iqtisadiyyatdında nələr dəyişəcək? - Proqnozlar

2023-cü ildə dünya iqtisadiyyatdında nələr dəyişəcək? - Proqnozlar

Qarşıdan gələn 2023-cü illə bağlı müxtəlif proqnozlar səsləndirilir. Əksəriyyətin marağında olan məsələ isə iqtisadi ehtimallardır.

Maraqlıdır, 2023-cü ildə Azərbaycanı və dünyanı nələr gözləyir?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, yeni ildə infilyasiya davam edəcək:

 

“2023-cü ildə infilyasiyanın artım sürəti azalsa da, 2024-cü ilin ikinci rübünə qədər artım davam edəcək. Laboratoriyalarda yetişdirilən ət bəzi ölkələrdə satışa çıxarılacaq. Dünya bazarlarında neftin qiymətində dalğalanmalar olsa da, ortalanma qiymət bu ildən yuxarı olacaq. Müəyyən müddətdə isə 120 dolları ötəcək, hətta 130-a çatma ehtimalı da istisna deyil.  Qızılın qiymətində artımlar olacaq. Səbəb isə FES-nin bahalı dollar siyasətində yumşalmalara getməsidir. Üzümüzə gələn ildə həmçinin geoiqtisadiyyat dövrü gəlib çatacaq. Çin və Qərbin yeni mübarizə formatına keçməsi  diplomatiya,  geosiyasət və iqtisadiyyatı mürəkkəb döyüş meydanında birləşdirəcək. ABŞ dünyanın əsas ehtiyat valyutasının emitenti kimi qlobal maliyyə sahəsində hegomonluğunu hələ qarşıdakı illərdə də saxlayacaq. Çin qlobal ticarətə və siyasətə daha çox təsir göstərməyə çalışacaq. Amma ABŞ-dan başqa Hindistanın da iqtisadi cəhətdən güclənməsi onun problemlərini artıracaq. Eyni zamanda Himalay dağlarında Hindistan-Çin gərginliyinin də artma ehtimalı var”.

 

Ekspert qeyd edib ki, Rusiya hərbi-siyasi arenada olduğu kimi iqtisadi sferada da çökməyə davam edəcək:

 

“Avropanın iqtisadi həyatında vəziyyət o qədər də yaxşı olmayacaq. Ukraynadan qaçqın axınının və müdafiə xərclərinin artması Avropada dövlət xərclərinin artımına səbəb olacaq. Bu da Avropa ÜDM-nə mənfi təsir edəcək. 2023-cü ildə müdafiə xərcləri, bərpa işləri və yaşıl enerji keçidinə investisiyalar artacaq. Əvvəlki illərdən fəqli olaraq qloballaşma meylləri azalacaq. Dünya iqtisadiyyatı “müharibə iqtisadiyyatı” rejiminə keçəcək və milli iqtisadi faydalar qloballaşmadan daha önə çıxacaq. Bu da “Qloballaşma ideologiyası”nı sarsıdacaq. Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı öz mövcudluğunun dünya üçün vacib olmasını göstərmək üçün pandemiyanın başa çatdığını və təhlükəsiz həyatın başladığını elan etməyəcək. Müddətlər uzaldılacaq.  Dünyanın bir çox ölkələri dollardan asılılığını azaltmaq üçün yeni ehtiyat valyutadan istifadə etməklə bağlı cəhd göstərəcəklər. Amma bu, yaxın bir neçə ildə mümkün olmayacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Beşbarmaqda BƏDBƏXT HADİSƏ – Paraşütçü yerə çırpıldı

Siyəzən rayonunun Zarat kəndi ərazisində bədbəxt hadisə baş verib.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, Beşbarmaq dağından havala...

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...