Son 6 ildə yaşayış minimumu 88 faiz artıb - Yüksək artımın səbəbi nədir? 

Son 6 ildə yaşayış minimumu 88 faiz artıb - Yüksək artımın səbəbi nədir? 

Azərbaycan Milli Məclisi bu gün 2023-cü il üçün yaşayış minimumu haqqında qanunu qəbul edib. Yeni qanuna əsasən yaşayış minimumunun həddi kəskin şəkildə artırılıb.

 

Sfera.az xəbər verir ki, 2022-ci il üçün yaşayış minimumu 210 manat olduğu halda gələn il 246 manat olacaq. Bir ildə yaşayış minimunun məbləğinin 17,14 faiz artırılması nəzərdə tutulur. Yaşayış minimumunda daha böyük artım əmək qabiliyyətli əhali qrupu üçün olacaq. Əmək qabiliyyətli insanlar üçün məbləğ 18 faizdən çox artırılaraq 220 manatdan 261 manata çatdırılacaq.

 

Bəs, gələn il üçün yaşayış minimumunun məbləğinin kəskin artırılması nə ilə bağlıdır?

 

Bunun yeganə səbəbi 2022-ci ildə ölkəmizdə müşahidə edilən yüksək inflyasiyadır. Bu il ortaillik qiymətlərin 13 faizdən çox yüksəlməsi əhalinin minimum xərclərinin kəskin artmasına səbəb olub. Xüsusilə ərzaq qiymətlərində 20 faiz səviyyəsində artım qeydə alınıb. Bahalaşmanın böyük olması gələn il yaşayış minimumunda nəzərəçarpacaq artımı labüd edib. Ümumiyyətlə, son illərdə inflyasiya tempinin yüksəlməsi yaşayış minimumunun məbləğində ciddi artıma səbəb olub. Yaşayış minimumu 2015-ci ildə 131 manat olduğu halda 2017-ci ildə 155 manat, 2019-cu ildə 180 manat, 2022-ci ildə 210 manata yüksəlib.

 

Müqayiyə göstərir ki, 6 il (2017-2023) ərzində yaşayış minimunun məbləği 88 faiz və ya 115 manat artıb. Bu dövrdə yaşayış minimunun sürətlə artması qiymətlərdəki artımın hansı sürətlə getdiyini göstərir. Yaşayış minimunun artması bəzi ödənişlərin məbləğində də dəyişiklərə səbəb olacaq. 2023-cü ildə əmək haqqının, pensiyaların, təqaüdlərin, müəavinətlərin, ünvanlı dövlət sosial yardımın və digər ödəmələrin ölçüsündə artım gözlənilir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR