“Marketdən 50 manatlıq ərzaq alanda 59 manat ödəyirik, çünki...” – Natiq Cəfərli

“Marketdən 50 manatlıq ərzaq alanda 59 manat ödəyirik, çünki...” – Natiq Cəfərli

“18% ƏDV-ni 2%-ə endirmək lazımdır”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, ölkə əhalisinin 80%-ə yaxını bazarlığını, ərzaq ehtiyacını şəbəkə marketlərdən təmin edir:

 

“Onlar da ƏDV ödəyicisidirlər, yəni bu gün kimlərsə 50 manatlıq ərzaq alanda marketdə 59 manat ödəyir. Ölkə büdcəsində profisit var, neft-qaz gəlirləri də artır, xarici ticarətimizdə 15 mlrd. dollarlıq müsbət saldo mövcuddur. Ona görə də 18% ƏDV-i 2%-ə endirməliyik ki, 50 manatlıq ərzaq alanda 59 manat yox, 51 manat ödənilsin, 8 manat cibimizdə qalsın. Bunu da kommunal xərclərə sərf etmək olar, yəni, o pul da hökumətə gedəcək, amma camaatın bahalıqdan bükülən beli bir az düzələcək”.

 

Ekspert REAL partiyasının dəfələrlə bu təkliflə çıxş etdiyini vurğulayıb:

 

“Ərzaq və dərmanlar satışında ƏDV-nin 18%-dən 2%-ə endirilməsi istənilən sosial yardımdan daha effektivdir”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Robert De Nironun oğlu transgender oldu - FOTO

Hollivud ikonu Robert De Nironun 29 yaşlı oğlu Aaron De Niro transseksual qadın kimi ictimaiyyət qarşısına çıxıb və özünə İrene adı seçib.   O, bu ba...

Araşdırmaya görə, ən tənha insanların yaşadığı yerlər məlum olub

Yunanıstan və Kiprdəki səmavi mənzərələr və günəş işığının bolluğu insanın belə gözəllikdə həqiqətən xoşbəxt olacağına zəmanət vermir. Bu yerlər özünü tənha his...

Böyük evinin olmasına baxmayaraq 4 ildir maşında yaşayır - FOTO

Çinli proqramçı Zhang Yunlai öz dörd mərtəbəli evinin olmasına baxmayaraq, dörd ildir ki, elektrik avtomobilində yaşayır. Kişi bu seçimi azadlığı və rahatlığı ü...

Niyə bəzi ölkələrdə həbsxanadan qaçmaq cinayət sayılmır?

Həbsxanadan qaçmağın hər yerdə ağır cəzaya səbəb olduğunu düşünürsənsə, yanılırsan. Bəzi ölkələrdə məhbusların qaçmağa cəhdləri tamam fərqli anlayışla qarşılanı...

Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb.    Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.   Belə ki, hərəkətdə ola...

Azərbaycanda ən çox hansı avtomobillər kreditlə alınır?

2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha ...