Çinlə Tayvan arasındakı gərginlik “Apple” istehsalını azalda bilər

“Apple” və “Qualcomm” üçün çiplər (yarımkeçirici) istehsal edən TSMC şirkətinin prezidenti Mark Liu, mümkün Çin-Tayvan gərginliyinin çip istehsalına mənfi təsir edəcəyini söyləyib.
Sfera.az xəbər verir ki, TSMC sədri deyib ki, Çin Tayvanı işğal etsə, adada yerləşən dünyanın ən böyük çip fabriki işləməyəcək.
O deyib ki, Tayvanı Çin işğal etsə, çip istehsalçısının fabriki qlobal təchizat zəncirlərinə bağlı olduğu üçün işləyə bilməyəcək: “Heç kim TSMC-ni zorla idarə edə bilməz. Bura çox mürəkkəb istehsal müəssisəsidir. Bu müəssisənin fəaliyyəti istifadə etdiyi materialdan kimyəvi maddələrə, ehtiyat hissələrinə, mühəndis proqram təminatına və diaqnostikaya qədər xarici dünya ilə, yəni Avropa , Yaponiya, ABŞ ilə real vaxt əlaqəsindən asılıdır”.
Dünyanın ən qabaqcıl çip istehsalçısı olan TSMC Amerika şirkətləri, o cümlədən “Apple” və “Qualcomm” üçün prosessorlar istehsal edir. Şirkət “Apple”nin A seriyalı və M seriyalı çiplərini istehsal edir. Ümumilikdə isə müəssisə dünya yarımkeçirici bazarının 50 faizindən çoxuna sahibdir.
Vasif
Sfera.az