Azərbaycanda bu il taxıl istehsalı niyə azaldı?
2022-ci ilin birinci yarısında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınmayıb, istehsal göstəriciləri əvvəlki illə eyni olub.
Sfera.az bildirir ki, bu il aqrar sahədə istehsalın artmamasının səbəbi taxıl istehsalının 20 faizdən çox azalması ilə bağlıdır. Taxıl istehsalı ötən ilin birinci yarısında 2,63 milyon ton olduğu halda, cari ildə 2,1 milyon tona qədər azalıb.
Əsas bitkiçilik məhsullarından olan taxıl istehsalının azalması kənd təsərrüfatı məhsullarının istehsalındakı artımı dayandırıb.
Qeyd edək ki, ölkəmizdə taxıl məhsullarının əsas hissəsinin yığımı sentyabrda başa çatır. Az miqdar hissə isə dekabra qədər yığılaraq tamamlanır.
Dinamika göstərir ki, Azərbaycanda bu il taxıl istehsalı az olacaq və bu, bitkiçilik məhsullarının, eyni zamanda ümumən kənd təsərrüfatı məhsullarının istehsalına azaldıcı təsir göstərəcək. Taxıl istehsalının azalması isə növbəti ildə idxal mallarına tələbi bir qədər də artıracaq.
Vasif
Sfera.az