Gömrük Komitəsi hansı nazirliklərə birləşdirilə bilər? - Dünya təcrübəsindən nümunələr

Gömrük Komitəsi hansı nazirliklərə birləşdirilə bilər? - Dünya təcrübəsindən nümunələr

Dövlət Gömrük Komitəsinin (DGK) yüksək vəzifəli şəxslərinin həbs edilməsindən, ardınca komitə sədrinin tutduğu vəzifədən azad edilməsindən sonra DGK-nin ayrıca bir dövlət qurumu kimi saxlanılmasının əlverişli olmadığına dair fikirlərə yenidən rast gəlinir. Ayrı-ayrı ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən səsləndirilən fikirlərdə fiskal qurumların fəaliyyətinin eyni mərkəzdən idarə olunması təklif edilir. Onların qənaətincə, bu halda inzibatçılıqda, iqtisadi fəaliyyətin tənzimlənməsində müsbət nəticələrin əldə edilməsi imkanları yaxşılaşacaq.


Sfera.az bildirir ki, DGM-nin başqa bir dövlət qurumu ilə birləşdirilməsi, digər təşkilatla birgə fəaliyyəti təcrübəsi dünyada geniş yayılıb.


Apardığımız kiçik bir araşdırma göstərir ki, əksər qabaqcıl ölkələrdə gömrük xidməti vergi xidməti ilə birgə fəaliyyət göstərir və çox nümunələrdə maliyyə nazirliyinə tabedir.


Amma fərqli nümunələr də var. Məsələn, Türkiyədə gömrük işi Ticarət Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik həm xarici, həm də daxili ticarət əməliyyatlarına dövlət nəzarətini aparır.


Digər əksər ölkələrdə isə gömrük xidməti maliyyə nazirliklərinə tabedir. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-da Gömrük Xidməti adlı qurum Maliyyə Nazirliyinə tabedir.


Almaniyada Federal Gömrük Xidməti adında qurum var. Bu qurum Federal Maliyyə Nazirliyinin tərkibindədir


Fransada gömrük xidməti Gömrük və Dolayı Vergilər Baş Müdirliyi adı altında fəaliyyət göstərir. Burada da tabeçilik maliyyə nazirliyinədir.


Eynilə Böyük Britaniyada da vergi və gömrük birgə fəaliyyət göstərən departamentdir. Amma bu qurumlar da maliyyə nazirliyinin nəzarətindədir.


Keçmiş sovet respublikalarından Rusiyada Federal Gömrük Xidməti adında qurum var və o, Maliyyə Nazirliyinin tərkibindədir.


Qazaxıstanda Gömrük Nəzarət Komitəsi adlı təşkilat yaradılıb ki, o da maliyyə nazirliyinin tabeliyindədir.


Gürcüstanda isə Maliyyə Nazirliyinin nəzdində vergi və gömrük departamentləri fəaliyyət göstərir.


Ümumiyyətlə, vergi və gömrük xidmətinin bir nazirlik tərəfindən idarə edilməsi təcrübəsi daha yayğındır. Çünki gömrük və vergi xidmətlərinin ayrı deyil, əlaqəli şəkildə fəaliyyəti daha məntiqli hesab edilir.


Azərbaycanda da hər iki qurum dövlət büdcəsi üçün vergi və rüsum toplayır, yəni onların fəaliyyəti fiskal xarakterlidir. Yalnız fərq ondan ibarətdir ki, gömrükdə yığımlar xarici fəaliyyətdən, vergi departamentində isə daxili iqtisadi fəaliyyətdən tutulur.


DGK hər il ƏDV, aksiz, yol vergiləri və rüsumlar üzrə yığımlar həyata keçirir və onları dövlət büdcəsinə ödəyir. Eyni xarakterli yığımlar daxildə vergilər departamenti tərəfindən toplanaraq büdcəyə köçürülür.


Buna görə də eyni xarakterli işi görən qurumların ayrı-ayrılıqda fəaliyyəti məntiqli deyil. Yaxşı olardı ki, hər iki qurum ya İqtisadiyyat Nazirliyinin, ya da Maliyyə Nazirliyinin tabeliyinə verilsin və ayrıca departament kimi fəaliyyət göstərsinlər.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Fermer avtomobili üçün dəfn mərasimi keçirdi - FOTO

Hindistanlı fermer maşını üçün dəfn mərasimi keçirib. Belə ki, Qucarat ştatında fermer Sanjay Polara 12 il ailəsinə xidmət edən sevimli “Suzuki Wagon-R&rd...

Uşaq zirzəminin qapısında müəmmalı oğlan görür

İngiltərənin Mançester şəhərindən olan 2 yaşlı Çarlinin atası Pol Qorton evlərindəki "qorxulu oğlan" haqqında danışıb. Çəkilən görüntülər 4 milyondan ...

Ayı kostyumu geyinərək maşınlara hücum etdi -SƏBƏB

Cənubi Karolinada (ABŞ) bir adam ayı paltarı geyinərək avtomobil sahiblərinin sığorta alması üçün onlara hücumlar təşkil edib.   Sfera.az bildirir ki...

Ən böyük dinozavr şəhəri tapılıb - 100 milyon il əvvələ aid qalıqlar...

Son araşdırmalara görə, alimlər Çinin şimal-qərbindəki ərazidə qədim dövrə aid ən böyük dinozavr yaşayış yeri olduğunu müəyyən ediblər.    Sfera...

Muzeyə 1 milyard dollardan qiymətli hədiyyə bağışlanıldı - FOTO

Ser Persival Devid Fondu 3-20-ci əsrlərə aid Çin keramika kolleksiyasını Britaniya Muzeyinə bağışlayıb. Buraya 1700-dən çox məhsul daxildir. Kolleksiya 2009-cu ...

Qapı kilidi kimi istifadə olunan mərmər büst ən azı 3 milyon dollara satılacaq

Anbar qapısı kimi istifadə edilən Bouchardon büstü minimum 3,2 milyon ABŞ dollarına satıla bilər.   Sfera.az bildirir ki, heykəl cəmi 6 dollara alını...