“Aqressiv faiz artımına başlayan FED...” - Açıqlama

“Aqressiv faiz artımına başlayan FED...” - Açıqlama

“Dünya iqtisadiyyatı növbəti ciddi böhranla, resessiya ilə üzləşib, hətta artıq böhranın içindədir. Dünyada getdicə artan inflyasiya, enerji və ərzaq böhranı, logistik zəncirlərin qırılması, yenilərinin yaranması ilə bağlı problemlər 2020-ci ildə Covid bəlasının dünya ölkələri tərəfindən doğru idarə edilməməsinin nəticəsidir. Likvidliyin kəskin artırılması, bazarlara 17 trilyon dollar əlavə vəsaitin axıdılması, qapalı sərhədlər, ən sonda Rusiyanın Ukraynaya qarşı təcavüzü dünya iqtisadiyyatını dizüstə qoyub”.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

 

Onun sözlərinə görə, dünya dilemma ilə qarşı-qarşıya qalıb:

 

“Görünən odur ki, dünya ölkələri birinci yolu tutublar - əksər MB-lar uçot dərəcəsini artırmaq yolu tutublar, bu yol inflyasiyanı cilovlaya bilər, amma iqtisadi aktivliyi boğacaq, iş yerlərini, insanların real gəlirlərini kəskin azaldacaq. Bu yol yenə bir çox ölkələrdə sosial gərginliklərə, kütləvi etirazlara, nəticədə siyasi elitaların dəyişməsinə yol açacaq.

 

Qəribəsi budur ki, hətta ikinci yol tutsalar belə, yenə nəticə eyni olacaq – likvidliyin artması davam etdikcə inflyasiya da yüksələcək, qiymət artımları kütləvi etirazlara, seçkilərdə anti-elita qüvvələrə səs verməklə dəyişikliklərə səbəb olacaq. Yəni Covid səhvləri, hətta cinayətləri artıq dünya ölkələri elitasının boğazına keçmiş ipdir, hər hansı tərəfə çabaladıqca, ip daralır, siyasi “boğulma” çırpıntıları artır.

 

21 iyul 2022-ci ildə Avropa Mərkəzi Bankı uçot dərəcəsini 0,25% artıracaq – bu avronu müvəqqəti olaraq nisbətən bahalaşdıracaq, amma 0,25% inflyasiyaya qalib gəlmək üçün yetərli deyil, deməli il sonuna qədər yenə faiz artımı olmalıdır. Yaxşı, AMB-ı faiz artımlarını davam etdirsə fraqmental Avropa iqtisadiyyatının halı necə olacaq?! Yəni, Avropa iqtisadiyyatı fraqmentaldır – ölkələr eyni qaydada inkişaf etmiyib, eyni ehtiyatlara malik deyillər, deməli, cənub və şərqi Avropa ölkələri faiz artımından daha çox zərər görəcəklər, iqtisadi daralma yüksələcək. Qərbi və Şimali Avropa ölkələri daha dayanıqlıdırlar, amma orda da iqtisadiyyatın 1%-i belə daralması böyük ölkələr üçün onminlərlə işsiz, onminlərlə müflisləşmiş şirkətlər deməkdir.

 

27 iyul 2022-ci ildə isə ABŞ-da FED-in növbəti toplantısı olacaq, zatən aqressiv faiz artımına başlayan FED, bu dəfə ən az 0,75%, və ya hətta 1% uçot dərəcəsini artıra bilər – bu isə yenidən dollar indeksinin yüksəlməsinə, dolların bütün valyutalar qarşısında dəyər qazanmasının sürətlənməsinə səbəb olacaq. Doğuracağı nəticə isə ABŞ-da da kredit faizləri bahalaşacaq, bu isə iqtisadi daralma, işsizlik, insanların real gəlirlərinin azalması demək olacaq”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Fermer avtomobili üçün dəfn mərasimi keçirdi - FOTO

Hindistanlı fermer maşını üçün dəfn mərasimi keçirib. Belə ki, Qucarat ştatında fermer Sanjay Polara 12 il ailəsinə xidmət edən sevimli “Suzuki Wagon-R&rd...

Uşaq zirzəminin qapısında müəmmalı oğlan görür

İngiltərənin Mançester şəhərindən olan 2 yaşlı Çarlinin atası Pol Qorton evlərindəki "qorxulu oğlan" haqqında danışıb. Çəkilən görüntülər 4 milyondan ...

Ayı kostyumu geyinərək maşınlara hücum etdi -SƏBƏB

Cənubi Karolinada (ABŞ) bir adam ayı paltarı geyinərək avtomobil sahiblərinin sığorta alması üçün onlara hücumlar təşkil edib.   Sfera.az bildirir ki...

Ən böyük dinozavr şəhəri tapılıb - 100 milyon il əvvələ aid qalıqlar...

Son araşdırmalara görə, alimlər Çinin şimal-qərbindəki ərazidə qədim dövrə aid ən böyük dinozavr yaşayış yeri olduğunu müəyyən ediblər.    Sfera...

Muzeyə 1 milyard dollardan qiymətli hədiyyə bağışlanıldı - FOTO

Ser Persival Devid Fondu 3-20-ci əsrlərə aid Çin keramika kolleksiyasını Britaniya Muzeyinə bağışlayıb. Buraya 1700-dən çox məhsul daxildir. Kolleksiya 2009-cu ...

Qapı kilidi kimi istifadə olunan mərmər büst ən azı 3 milyon dollara satılacaq

Anbar qapısı kimi istifadə edilən Bouchardon büstü minimum 3,2 milyon ABŞ dollarına satıla bilər.   Sfera.az bildirir ki, heykəl cəmi 6 dollara alını...