Dollar nə qədər bahalaşa bilər? Avro 1 dollardan ucuz olacaq

Dollar nə qədər bahalaşa bilər? -  Avro 1 dollardan ucuz olacaq

Ötən ilin may ayından başlayaraq ABŞ dollarının aprıcı valyutalara nisbətən bahalaşması müahişə edilir. Dolların dünyanın 6 aparıcı valyutasına qarşı ortaq dəyərini ifadə edən Dollar İbdeksi 2021-ci ilin mayın əvvəlində 89 olduğu halda hazırda 108 səviyyəsindədir. Ötən müddətdə ABŞ dolları 21 faizdən artıq dəyər qazanıb. İndi dollar 2003-cü ildən sonra ən yüksək dəyərə sahibdir.


Bəs, bundan sonra da dolların bahalaşması ehtimalı varmı?


Sfera.az xatırladır ki, son bir ildə dolların davamlı bahalaşaraq yüksək dəyərə sahib olması ABŞ-da və dünyada müşahidə olunan yüksək inflyasiya ilə bağlıdır. ABŞ-da illik inflyasiya 9 faizə çatıb ki, bu da son 40 ilin ən yüksək bahalaşmasıdır. Eynilə Avropa ölkələrində də son 40-50 ilin yüksək qiymət artımları baş verir. Adətən inkişaf etmiş ölkələrdə yüksək qiymət artımları nadir hallarda görünür. Çünki həmin ölkələrdə qiymətlər ən yüksək həddə çatdığından növbəti bahalaşma templəri zəif olur.

 

İnkişaf etməkdə olan ölkələrdə isə qiymət səviyyəsi aşağı olduğundan bahalaşma sürətinin güclənmə imkanları böyük olur. Amma göründüyü kimi inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ-da bu il olduqca yüksək bahalaşma dinamikası var. Qərb iqtisadçı analitikləri hesab edir ki, mövcud bahalaşma sürətli çox təhlükəlidir və bunun qarşısı alınmasa, əhali kəsıblaşacaq, ölkələrdə iqtisadi böhran, yəni iqtisadiyyatlatın kiçilməsi baş verəcək, maksoiqtisadi sabitlik pozulacaq. Bunun baş verməməsi üçün əsas tədbir kimi sərt maliyyə siyasətinin yürüdülməsi fikri ətrafında həmrəylik formalaşıb. ABŞ-da da sərt maliyyə siyasəti yürüdülməyə başlanılıb. Yüksək inflyasiyaya qarşı mübarizədə sərt maliyyə siyasətinin əsas əlamətlərindən biri pul kütləsinin azaldılması və dolların bahalaşdırılmasıdır. Dollar bahalaşanda bütün məhsullar ucuzlaşır. Xüsusilə, dəyəri birjalarda dollarla müəyyənləşən malların qiyməti düşür. Məsələn, bu ilin əvvəlindən neft və neft məhsullarının 15-20 faiz, təbii qazın 30 faiz, qiymətli metalların 7-10 faiz, əlvan metalların 10-23 faiz, taxıl məhsullarının 10-20 faiz ucuzlaşmasında dolların bahalaşması mühüm rol oynayıb.

 

Mövcud vəziyyətin təhlili və ona qarşı atılan addımların ümumi dəyərləndirilməsi göstərir ki, dolların bundan sonra bahalaşıb, yaxud bahalaşmaması inflyasiyanın səviyyəsindən asılı olacaq. Əgər qiymət artımları qısa müddətdə səngiyərsə, yəqin ki, dollar daha bahalaşmayacaq. Əks halda biz daha baha dollar görəcəyik.

 

Dolların indiki dəyərindən daha yüksək olması faktına yaxın keçmişdə rast gəlmişik. 2000-2002-ci illərdə Dollar İndeksi 117-120 səviyyəsinə çatmışdı. Həmin dövrdə bir avro 0,9-0,85 dollara qədər geriləmişdi. Hazırda da avro çox ucuzlaşıb. Bir avro 1,001 dollara dəyişdirilir. Halbuki, ötən ilin mayında bir avro 1,2 dollardan baha idi. Beynəlxalq maliyyə qurumlarından rəylərindən aydın olur ki, 2022-ci ildə inflyasiya səviyyəsi Rusiya-Ukrayna müharibəsinin gedişindən, qlobal səviyyədə əsas məhsulların istehsal səviyyəsindən və iqtisadiyyatların alıcılıq qabiliyyətindən asılı olacaq. Əksər proqnozlarda inflyasiya sürətinin 2022-ci ilin sonlarında səngiyəcəyi təxmin edilir. Bu ehtimal daxilində ən azından ilin sonuna kimi dünya daha bahalı dollar görəcək.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR