Dünyanı qorxudan “qara qızıl” problemi - Bütün məhsullar sürətlə bahalaşacaq

Dünyanı qorxudan “qara qızıl” problemi - Bütün məhsullar sürətlə bahalaşacaq

Avropa İttifaqı ölkələrinin Rusiyadan neft idxalını azaltmağa başlaması neft qiymətlərində davamlı artımlara səbəb olur.


Sfera.az xəbər verir ki, indi idxalçı ölkələri ən çox narahat edən məsələ Avropanın Rusiyadan neft idxalı ilin sonuna kimi 90 faizə qədər azaldıqdan sonra rəsmi Moskvanın atacağı addımlardır. Rusiya hökuməti idxalın dayandırılacağı təqdirdə hasilatın da azaldılacağına dair ehtimalların olduğunu bəyan edib. Bu halda dünyada tələb təklif arasındakı kəsirin bir qədər də böyüyəcəyi və bunun neft qiymətlərində daha böyük artımlara səbəb olacağı güman edilir.


Neft bazarında ehtiyatların tədricən azalmasını ABŞ Enerji İnformasiya Agentliyi (EİA) tərəfindən açıqlanan məlumatlar da təsdiqləyir. EİA-nın məlumatına görə, ABŞ-da xam neft ehtiyatları mart ayının əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb, yanacaq ehtiyatları isə son 8 ilin ən aşağı səviyyəsinə çatıb. Ölkədə yanacağın qiymətlərində rekord səviyyələr davam edib. Neftin bahalaşması yanacaqdoldurma məntəqələrindəki qiymətlərə də sirayət edib və ABŞ-da benzinin bir litrinin qiyməti 1,32 dolları (2,24 manat) ötüb.


Hazırda ABŞ-da səyahət mövsümü davam edir. Mövsüm sentyabrda başa çatacaq. Bu mövsümlə əlaqədar ABŞ-da avtomobil yanacağına olan tələbat kəskin artır ki, bu da qiymətlərə təsir göstərir.


Neft bazarındakı mövcud vəziyyət “qara qızıl” qiymətlərinin tədricən yüksəlməsi ilə nəticələnir. Dünən birjalarda “Brent” neftinin qiyməti 123,5 dolları ötüb. Bu qiymət 2022-ci ilin martın 8-dən sonra qeydə alınan ən yüksək qiymətdir.


EIA “Brent” nefti ilə bağlı yeni proqnozunu açıqlayıb. Həmin proqnozda göstərilir ki, ilin yekununda “Brent” neftinin orta qiyməti 107 dolları ötəcək. Əvvəlki proqnozlarda qiymətin 103 dolları olacağı təxmin olunurdu.


Bahalaşma Azərbaycanın ixrac etdiyi neftdə də müşahidə edilir. Dünən "Azeri Light" markalı neftin qiyməti 130 dollar təşkil edib ki, bu da son ayların ən yüksək qiymətidir.


Neft qiymətlərinin yüksəlməsinin dünya üçün ən böyük zərəri inflyasiyanın artması və qlobal iqtisadi böhran riskidir. Qiymətlər həddən artıq yüksəldikdə əhalinin, biznesin alıcılıq qabiliyyəti zəifləyir və bu, iqtisadi böyüməni tormozlayır. Bunun ardınca iqtisadi böhran dövrü başlayır ki, bu da ölkələrin daha ağır vəziyyətlə üzləşməsinə səbəb olur.  İndi dünya bu təhlükə ilə üz-üzədir.

 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Hansıkərə yağınıalmaq daha yaxşıdır:72, yaxud 82 faizli- fərq nədir?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.   ...

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...