Yanvarda dollara tələb artıb

Yanvarda dollara tələb artıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2022-ci ilin yanvar ayı ərzində 727 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
 
Sfera.az bildirir ki, bu məbləğ dekabrda satılan həcmdən (989,1 milyon dollar) az olsa da, 2021-ci ilin yanvarında satılan valyutanın həcmi (645 milyon dollar) ilə müqayisədə çoxdur.

2022-ci ildə ARDNF 7,476 milyard dollar və ya hər ay orta hesabla 623 milyon dollar satmalıdır. Yanvarda satılan məbləğ ortaaylıq məbləğdən çox olub.
Yanvarda satışın çox olması dollara tələbin artması ilə bağlıdır. Ötən ay keçirilən əksər hərraclarda dollara tələb 100 milyon dollardan yüksək idi.

Lakin onu da bildirək ki, xüsusi hal yaşanmayacağı təqdirdə fevral ayından avqust ayına qədər xarici valyutaya tələbin aşağı səviyyədə olacağı gözlənilir. Ötən ilin yanvarında da tələb böyük olsa da fevraldan başlayaraq aşağı tələb qeydə alınıb.   

2022-ci ildə də oxşar dinamikanın baş verəcəyi ehtimal edilir. Bu hal artıq hərraclarda müşahidə olunur.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR