Azərbaycan əhalisinin gəlirləri açıqlandı

Azərbaycan əhalisinin gəlirləri açıqlandı

2016-cı ilin yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3% artaraq 17 milyard 511,6 milyon manata çatıb.


Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat verib.

Əhalinin hər nəfərinə düşən gəlirlər isə 1822,9 manat və ya ayda orta hesabla 364,6 manat təşkil edib.

Gəlirlərin 79,4%-i son istehlak xərclərinə (təxminən 14 milyard manat - red.), 9,5%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib (təxminən 490 min manat - red.), 8,3%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15 milyard 846,9 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 1649,6 manat vəsait qalıb.



OXŞAR XƏBƏRLƏR