ABŞ dollarını güclü edən səbəb

ABŞ dollarını güclü edən səbəb

ABŞ 1971-ci ildə neft qarşılığında qızıl ödəyə bilmədiyi üçün Səudiyyə Ərəbistanına satışın yalnızca dollarla aparılmasını təklif edir. Səudiyyə rəhbərliyi bununla razılaşır və qarşılığında kral ailəsinin hökmranlığının qorunmasını tələb edir.

Sfera.az axar.az-a istinadən bildirir ki, 1973-cü ildə müzakirələr nəticəsində petrodollar sistemi qurulur.
 
Səudiyyə neft satışlarında yalnız dollar qəbul etməyə başlayır. Sistem olduqca sadə idi. Rəsmi Ər-Riyad neftdən gələn dollarları ABŞ banklarına və istiqrazlarına qoyurdu. Nəticədə ABŞ zənginləşir, Beynəlxalq Valyuta Fondu (BVF) isə puldan neft idxal edən ölkələrə borc verərək qazanırdı. 1974-cü ildə rəsmiləşən bu anlaşmanı hazırlayan isə dövrün ABŞ Dövlət katibi Henri Kissincer idi. Dünyanın neftə ehtiyacı olduğu müddətcə "qara qızıl" ABŞ dolları qarşılığında satılacaqdı.
 
Sistem 1975-ci ildə bütün OPEK üzvləri tərəfindən qəbul olundu.
 
Bu şəkildə dünya iqtisadiyyatı nəzarət altında saxlanılır, kimin inkişaf edib-etməyəcəyi bəlli olurdu. Enerji ehtiyacını qarşılamaq məcburiyyətində qalan ölkələr dollar axtarır, nəticədə dünya həm dollar, həm də ABŞ-a möhtac qalırdı.
 
Səddam Hüseyn 2000-ci ildə İraqın neft gəlirlərini dollar yox, avro ilə alacağını açıqlayır. Tezliklə ABŞ İraqa hücum (2003-cü il - red.) edir.
 
İran və Venesuela 2005-ci ildə ABŞ dollarına qarşı qüvvələrini birləşdirir. Venesuelanın mərhum lideri Uqo Çaves neft satışını avro ilə edəcəklərini bildirir. İran isə satışların avro ilə aparılacağı birja yaradacağını açıqlayır. Bu, əməliyyatların dollarla aparıldığı London birjasının əhəmiyyətini öldürəcəkdi. Lakin ABŞ Prezidenti Corc Buş tezliklə Tehranı təhdid edir. Bundan əlavə, Venesuelada çevrilişə cəhd olur.
 
Liviyanın mərhum lideri Müəmmər Qəzzafi 2009-cu ildə Afrika İttifaqının rəhbəri olduğu zaman vahid valyuta sisteminə keçməyi təklif edir. Bu, petrodollar sisteminə meydan oxumaq mənasına gəlirdi. Lakin tezliklə Ərəb baharı alovlanır və Qəzzafi devrilir.
 
2009-2012-ci illərdə dünyanın bir çox dövlətləri petrodollar sistemindən imtina etməyə cəhd göstərsələr də, sonradan onlar da sakitləşirlər.  


OXŞAR XƏBƏRLƏR

ABŞ 2023-2024-cü illərdə Ukraynaya kasetli döyüş sursatlarının tədarükünə İCAZƏ VERDİ

ABŞ 2023-cü ilin iyulundan 2024-cü ilin aprelinə qədər Kiyevə beş dəfə kasetli sursat tədarükünə icazə verib.   Sfera.az TASS-a istinadən xəbər verir...

Türkiyəli nazir türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə ÇAĞIRDI

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə çağırıb.   Sfera.az “Anadolu”ya istinadən xəbər ve...

Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ

Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağ...

Bu şəxs ilk trilyonçu olmağa namizəddir - Sərvəti hər il 110 faiz artır

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask dünyanın ilk trilyonçusu olmağa əsas namizəddir.   Sfera.az xəbər verir ...

Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ÖLDÜ

Masallıda 6 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.   Sfera.az-ın xəbərinə görə, hadisə Digah yaşayış massivində qeydə alınıb.   Belə...

Türkiyə tilsimi qırır - On üç ildən sonra ilk dəfə

Türkiyə 13 ildən sonra Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərəb ...