“İqtidarın içindəki bəzi insanların planı bu olub ki...” – Ceyhun Osmanlı

“İqtidarın içindəki bəzi insanların planı bu olub ki...” – Ceyhun Osmanlı


 

"İqtidarın içində "zəncirlənmiş', "qandallanmış" gənclər çox olduğuna görə müxalifət belə qol-qanad aça bilib. Və ya elə əvvəldən iqtidarın içindəki bəzi insanların planı bu olub ki, Prezidentin və dövlətçlik təfəkkürü olan qabiliyyətli gənclərin müsbət enerjisi birləşməsin”.


Sfera.az xəbər verir ki, bu sözləri son günlər baş verənlərə münasibətini ifadə edərkən sabiq millət vəkili Ceyhun Osmanlı özünün facebook səhifəsində yazıb.

 

 

"19 Oktyabr bir çox mətləblərin üzə çıxdığı gündür. Bu faktdır ki, bu gün hökümətin müdafiəsində dayanan 1 nömrəli qüvvə Yeni Azərbaycan Partiyası, xüsusilə o partiyanın gəncləridir. Mən YAP üzvü deyiləm və bu barədə tərif demək öhdəliyim də yoxdur. Amma YAP ən güclü partiya olsa belə (özləri də etiraf edir ki, YAP üzvü 700 min nəfərdir) elektorat isə bu rəqəmdən ən az 8 dəfə daha çoxdur. Bəs 5 milyon nəfər?”.


Neytral elektoratla qurulan işi qənaətbəxş saymayan Ceyhun Osmanlı düşünür ki, bu sahədə ciddi addımlara ehtiyac var: "Bu elektoratın mütləq əksəriyyəti İlham Əliyevi dəstəkləsə də sual olunur ki, bu elektoratla institusional səviyyədə işləyən neçə partiya vəya hərəkat var? Haradadır gənclər hərəkatları? Haradadır QHT Alyansları? Sabah bu elektoratdan müxalifət partiyalarına keçən olanda cavabdehi kim olacaq?”


P.S. Cənab Prezidentin islahatlara çağırış barədə çıxışından sonra bəzilərinə əhval-ruhiyyəni korlamaq lazım idi və buna nail oldular...

OXŞAR XƏBƏRLƏR

Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında indiyədək müşahidə edilməyən yaxınlaşma var"

"Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə pandemiya şəraitində də səngiməyib”. "Report” x...

Aslan İsmayılovdan Mikayıl Cabbarova açıq müraciət – "Bir şeyi dəqiq bilin..."

Tanınmış hüquqşünas Aslan İsmayılov iqtisadi inkişaf naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. Sfera.az xəbər verir ki, hüquqşünas bir qədər öncə n...

"Əli Həsənovun vəzifədə olduğu dönəmdə..." - Rauf Arifoğlu

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu yenisabah.az-a müsahibə verib. Gündəm mövzuları haqda görüşlərini ifadə edən baş redaktor mətbuatın mövcud ...

Fəzail Ağamalıdan Ramiz Mehdiyevə şok ittihamlar: “Ağsaqqal” daha da aqressivləşir”

Ölkə prezidenti Azərbaycanı yeniləməkdə, müasirləşdirməkdə və demontaj etməkdədir. Ulu Öndərimizin sarsılmaz təməllər üzərində qurduğu müstəqil dövlətimiz prezi...

“Dağlıq Qarabağ probleminin həlli çox yubandı...” – Rusiya XİN sözçüsü nə demək istəyirdi?

"Hərb variantını istisna etmək, Paşinyana təzyiq göstərmək və ölkəsinin geosiyasi maraqlarından çıxış edərək Zaxarova münaqişənin həllinin çox uzandığını dilə...

MSK və siyasi partiyalar pulları hara xərcləyir? – AÇIQLAMA

"Sözügedən quruma ayrılan vəsaitin böyük hissəsinin mənimsənilməsi ehtimalı var. Bu quruma ayrılan həmin vəsaitlərin qeyri-rasional xərcləndiyini və yaxud müx...