“İntellekt evi”nin qapısı әmәkdaşlığa hazır olan hər kəsə açıqdır - FOTO

“İntellekt evi”nin qapısı әmәkdaşlığa hazır olan hər kəsə açıqdır - FOTO

Maraqlı elmlər akademiyası da fəaliyyət göstərir

"İntellekt evi” – Azərbaycan Repsublikası Prezidenti yanında Gənclər Fondunun və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə layihəsi əsasında 2014-cü ilin payızında yaradılıb.

Sfera.az-ın bakucity.az-a istinadla məlumatına görə, mövcud olduğu 2 il ərzində minlərlə gənci ətrafında birləşdirən "İntellekt evi”nin әsas vəzifəsi intellektual hәrәkata yardım etmәk, intellektual oyunların keçirilmәsi üçün uyğun şәraitin, intellektual hәrәkat iştirakçıları arasında mehriban mühitin və әmәkdaşlıq ab-havasının yaradılmasıdır. Burada müxtəlif tarixlərdə kino və musiqi mövzularında fərdi oyunlar, yeniyetmələrin və gənclərin iştirakı ilə "Xəmsə" Milli İntellektual Oyunu üzrə yarışlar, "Nə? Harada? Nə zaman?" formatlı məşqlər, korporativ turnirlər və xeyli sayda digər tədbirlər keçirilib. 

Keçən ildən etibarən "İntellekt evi”nin nəzdində 10-14 yaşlı uşaqlar üçün Maraqlı elmlər akademiyası fəaliyyət göstərir. Məktəblilər üçün nəzərdə tutulmuş yeni format olan "İnQUİZitor-Junior” oyunu keçirilib.

"İntellekt evi” yeni formatlı oyun növlərinin (rekvizitli fərdi oyunlar, musiqili tandemlər) yaranmasında, gənclər tərəfindən irəli sürülən və onların fərdi, eləcə də karyera yüksəlişini şərtləndirən layihələrin həyata keçirilmə məkanı kimi tanınır. Bu layihələrin həyata keçirilməsi gənclərin təcrübə qazanması, özünü sübutu, iş və fəalliyyət qabiliyyətlərinin önə çıxmasına şərait yaradır. Layihələrin həyata keçirilməsi, məkanın təqdim edilməsi tamamilə rahatdır və əlavə prosedur tələb etmir. Gənclər tərəfindən irəli sürülən təşəbbüslər, oyunlar, müxtəlif yarışlar və tədbirlərin keçirilməsi ideyaları "İntellekt evi” tərəfindən daima yüksək qiymətləndirilir və dəstəklənir. 

"İntellekt evi"- intellektual klub deyil, intellektual oyunlarla әlaqәdar klubların meydançasıdır. O, öz fәaliyyәti ilə klubları әvәz etmәyә çalışmır. İntellektual klubların oyunlarının keçirilməsi və komandaların mütəmadi məşqlərinə, sinxron yarışların keçirilməsində tərəfdaş kimi çıxış edir.

Sonda qeyd edək ki, "İntellekt evi”nin qapısı intellektual oyunların inkişafı, onların genişlәnmәsi üçün bu sahәdә әmәkdaşlığa hazır olan bütün klub vә insanlara açıqdır. Asudə vaxtlarınızı maraqlı keçirmək, mütaliə və dərslərinizlə məşğul olmaq, eləcə də yeni tanışlıqlar əldə etmək və əhatənizi genişləndirmək üçün "İntellekt evi”nə buyura bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...