İnsanlar falçıların, cadugərlərin toruna necə düşür? – Açıqlama
13:41 / 06.12.2021
579
Cəmiyyətin əsas bəlalarından biri də özünü falçı
adlandıranların toruna düşən şəxslərdir. Xüsusilə xanımlar arasında falçıların
yanına gedən, bu kimi insanlardan müxtəlif niyyətlərini həyata keçirmək üçün
istifadə edənlər daha çoxdur.
Maraqlıdır, cadugərlik və falçılığın geniş vüsət
almasının səbəbləri nədir?
Məsələnin dini tərəfləri ilə bağlı Sfera.az-a danışan
"Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov bəzi falçıların Quranı
bu məsləyə alət etdiyini və insanların bu yolla aldandığını bildirib:
"İslam dininin baxıcılarla mövqeyi açıq-aydındır.
Hədislərdə də bildirilir ki, baxıcılıq küfrdür və o şəxslərin yanına getmək
olmaz. Hətta hədisdə var ki, baxıcının yanına gedib ona inanan şəxs Quranı
inkar edir. Baxıcıların çox olması dini maarifçiliyin zəif olduğu anlamına gəlir.
Əgər dini maarrifçilik ərazilər üzrə lazımı qaydada təşkil olunsaydı, indi xanımlar
bu qədər falçıya müraciət etməzdilər.
Bəzən deyirlər ki, Quran kitabını açdıq, onunla
fala baxdıq və bu günah deyil. Quran baxıcı kitabıdır ki? Bəzən falçılar ərəb əlifbası
ilə olan hansısa kitabı qoyurlar ortaya, deyirlər ki, Qurandır. İnsanlar da
hardasa bu əlifbanı görən kimi yanılır. Quranda yazılmayıb ki, kimlərinsə anası
harada itib, hansı küçədədir...".
Axund insanları baxıcılardan çəkinməyə çağırıb:
Baxıcılara inamın olmasına psixoloji aspektdən
yanaşan psixoloq Aytən Ələkbərova isə bu inamın insanlar arasında aparılan təbliğat
əsasında formalaşdığını bildirib.
Müsahibimiz qadınların öz energetik güclərinə
diqqət yetirməli olduğunu vurğulayıb:
"İnsanlar falçıya yalnız sevgi, bağlılıq məsələləri
ilə əlaqədar getmir. Hətta bu yaxınlarda bir hadisəyə də şahidlik etdim ki, bir
xanım bipolyar depresiyyaya düşmüşdü, düşünürdülər ki, qəbirdə toyuq, xoruz
basdırıb ona cadu ediblər. Məsələnin kökü qalmışdı kənarda, onlar falçı ilə,
toyuq ilə məşğul idilər. Demək ki, insanlar inam hissini falçılarda tapır və
ona görə bu şəxslərə müraciət edirlər. Bunun da səbəbi insanlar arasında baxıcılarla
bağlı yayılan təşviqedici xəbərlərdir. Bu da şüuraltında həmin şəxslərdə inam
yaradır.
Falçıya inananlar arasında həkimlər, müəllimlər,
ziyalı adamlar da olub. Yəni düşünmək lazım deyil ki, ancaq cahil şəxslər falçı
yanına gedir. Əgər insanlar öz energetik güclərinə diqqət yetirib, ona
inansalar o zaman falçıdan uzaqlaşarlar, istədiklərinə sahib olarlar. İnsanlar
arzu və istəklərindən taleyini yazır. İnsan psixologiyası ilə istədiyinə nail
olmaq üçün daim məşq etməlidir".
Bir neçə dəfə falçıya müraciət edib, baxıcıların
"xidmətlərindən" yararlanan müsahibimiz N.A baxıcıların dediyinə uyğun
olaraq həyatını nizamladığını bildirib. Müsahibimiz deyir ki, gərək gedəndə də
"bahalı" falçının yanına gedəsən:
Baxıcının yanından gələndən sonra onun dediklərinə uyğun hansısa işə qol qoymuram, hansısa insanla münasibət düşünmürəm. Beləliklə, narahat olduğum məqamlara aydınlıq gəlir, rahatlıq tapıram".
Əzizə Zeynal