Çinin Quranı yenidən yazmaq niyyətinə SƏRT ETİRAZ

Çinin Quranı yenidən yazmaq niyyətinə SƏRT ETİRAZ


"Çinin bu addımı Qurana müdaxilədir, belə hal heç bir zaman qəbul edilməyib, edilə də bilməz”.


Sfera.az-a açıqlamasında bu sözləri Çin hökumətinin Quran, İncil və Buddist Sutrasının Maoist Çin Kommunist Partiyasının ideologiyasına uyğun yenidən yazılmasına qərar verməsinə münasibət bildirərkən dinşünas Elşad Miri deyib:


"Bu hal əslində Allahın göndərdiyi kitaba müdaxilə sayıla bilər. Çinin bu fonda yazacağı kitab "Made in Çin” adlı bir kitab olacaq. Amma Qurani-Kərim faktiki olaraq Allah tərəfindən göndərilən bir kitabdır. Heç Məhəmməd Peyğəmbərin özü belə onu yazmayıb”.

 

E. Miri düşünür ki, bəlkə də Çin həmin hərəkətilə Qurandakı, habelə İncil və Buddizmdəki ayələrin özünə uyğun olaraq təsbitini vermək, yozmaq istəyinə düşüb: "Amma bunun özünün də bir əsası olmalıdır. Halbuki Allah kitabında deyir ki, Quranı Allah özü açıqlayıb, həm də ətraflı şəkildə izah edib. Bu izah olandan sonra Çinin bu istiqamətdə məqsədinin nə olduğunu bilmirəm”.

 

Elçin

Sferaz.az


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...