İnam Kərimov deputatın qohumunun yerinə direktor təyin etdi

İnam Kərimov deputatın qohumunun yerinə direktor təyin etdi
 

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti” MMC-yə yeni Baş direktor təyin olunub.

Sfera.az Mia.az-a istinadən xəbər verir ki, nazir İnam Kərimovun əmri ilə MMC-də departament müdiri olan Rəşad İbrahimov qurumun baş direktoru vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, o, bu vəzifədə Leyla Məmmədovanı əvəz edib.

Xatırladaq ki, İnam Kərimov təxminən 20 gün əvvəl Leyla Məmmədovanı yeni yaradılmış "Aqrar Tədarük və Təchizat” ASC-nin direktoru təyin edib.

Yeri gəlmişkən, L.Məmmədova deputat Məlahət İbrahimqızının bacısı qızıdır.


OXŞAR XƏBƏRLƏR