Çin və Rusiya birgə hərbi təlimlərə başladı - FOTO

Çin və Rusiya birgə hərbi təlimlərə başladı - FOTO
Çin və Rusiya silahlı qüvvələri Çinin şimalındakı Ninqskia Huy Muxtar Bölgəsində birgə hərbi təlimlərə başlayıblar.
 
Sfera.az Çin xəbər agentliyi "Xinhua”ya istinadən bildirir ki, təlim iki ölkə arasında terrorla mübarizədə birgə əməliyyat tədbirlərini möhkəmləndirməyə istiqamətlənib.

Əməkdaşlığın həm regional, həm də beynəlxalq sülh və sabitliyi təmin etməyi hədəflədiyini ifadə edən Çin hərbi rəsmiləri, Çin-Rusiya hərtərəfli strateji tərəfdaşlığı çərçivəsində ölkələr arasında qarşılıqlı etimadın, praqmatik əməkdaşlığın, eləcə də koordinasiyanın inkişafı üçün vacib olduğunu vurğulayıblar. 
Təlimin Çinin ABŞ-ın Əfqanıstandan çəkilməyə başladıqdan sonra ölkədə artan şiddət və qeyri -sabitliyin sərhəd bölgələrinə təsir edəcəyindən narahat olduğu bir dövrə təsadüf etməsi də diqqət çəkir.

Qeyd edək ki, Çinin şimal -qərbindəki Sincan Uyğur Muxtar Bölgəsində Əfqanıstanla dar bir sərhəd koridoru yerləşir.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

İki nəfər Qax sakininə it hücum edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.  ...