Çin ilə Hindistan arasında razılaşma əldə olundu

Çin ilə Hindistan arasında razılaşma əldə olundu
Çin ilə Hindistan hərbi komandanlığı arasında gərginliyi azaltmaq istiqamətində razılaşma əldə edilib.

Sfera.az xəbər verir ki, Çin Müdafiə Nazirliyinin məsələyə dair açıqlamasında yanvarın 24-də Moldo-Çuşul sərhəd məntəqəsində Çin və Hindistan arasında korpus komandirləri səviyyəsində görüşün 9-cu mərhələsinin keçirildiyi bildirilir:

"İki tərəf Çin-Hindistan sərhədinin qərb sektorundakı mövcud nəzarət xətti boyu ayrılmaq barədə səmimi və hərtətrəfli görüş mübadiləsi aparıb... Tərəflər cəbhə xəttindəki qüvvələri tezliklə geri çəkmək barədə razılığa gəlib. Həmçinin hər iki dövlətin liderləri arasındakı mühüm razılaşmaya əsasən, dialoq və müzakirələr üçün əlverişli fürsət yarandığı, gərginliyi azaltmaq üçün birgə səylər çərçivəsində tezliklə Çin və Hindistan arasında korpus komandirləri səviyyəsində görüşün 10-cu mərhələsini keçirmək barədə razılıq əldə edilib”.

Bölgədə sülh və əmin-amanlığı birgə bərqərar etmək üçün ön xətdəki qüvvələri və vəziyyəti nəzarətdə saxlamaq istiqamətində bundan sonra da səy göstəriləcəyi qeyd olunur.

Xatırladaq ki, ötən həftə mübahisəli olan (Hindistanın iddia etdiyi, amma Çinin nəzarətində olan) həmin dağlıq bölgədə tərəflər arasında daha bir gərginlik baş versə də, bu dəfə insan tələfatı olmayıb. Ötən ilin may ayının axırından sentyabın əvvəlinədək olan müddət ərzində tərəflər arasında bir neçə dəfə toqquşma baş verib.


OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...