İlkinin polis əmisi oğlu işdən çıxdı: “NİYƏ MÜSAHİBƏ VERMİSƏN?”

İlkinin polis əmisi oğlu işdən çıxdı: “NİYƏ MÜSAHİBƏ VERMİSƏN?”
 

Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov işdən uzaqlaşdırılıb.

Sfera.az xəbər verir ki, M.Süleymanov işdən çıxması ilə bağlı özü ərizə ilə müraciət edib.

M.Süleymanov işdən çıxmasına isə şok səbəb göstərib. "Kanal 13″ə müsahibəsində o bildirib ki, Nərminin qətli ilə bağlı məsələdə ona "polis əməkdaşı kimi hörmət qoyulmadığı üçün” işdən çıxıb.

O, nəinki əmisi oğlunun, özünün də şərləndiyini iddia edib:

"Polis əməkdaşı olmağıma baxmayaraq, mənim özümü də şərləyirdilər. Məhz bu səbəbdən istefa ərizəmi yazıb göndərmişəm. Ərizəmi yazmağıma səbəb İlkinə və mənim özümə olan haqsızlıqdır”.

M.Süleymanov "polis işçisi kimi” hansı müstəsna hüquq istəyib və yaxud niyə bir yerdə işlədiyi kollektivin qəflətən onu və əmisi oğlunu şərləməyə girişməsinin səbəbini isə açıqlamayıb. (axar.az)


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...