İlk olaraq bu şəxslər peyvəndlənəcək – Bəs, vaksin kimlərə vurulmayacaq?

İlk olaraq bu şəxslər peyvəndlənəcək – Bəs, vaksin kimlərə vurulmayacaq?

SARS-CoV-2 virusuna qarşı peyvəndin birinci partiyası artıq Azərbaycana gətirilib. İlkin mərhələdə kimlərin peyvənd olunması, kimlərə isə peyvəndlərin vurulmayacağı sual doğurur.

 

Maraqlıdır, ölkədə birinci mərhələdə hansı şəxslərin peyvənd olunması gözlənilir?


Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev ilk növbədə üstünlüyün risk qruplarına veriləcəyini bildirib:


"İlkin olaraq risk qruplarına daxil olan şəxslər peyvənd olunmalıdır. Bura tibb işçiləri daxildir ki, onlar xəstə şəxslərlə daha çox ünsiyyətdə olurlar. Bundan başqa yoluxduğu halda xəstəliyi ağır keçirməsi ehtimal olunan, yaşı 65-dən yuxarı insanlar, ictimai nəqliyyatdan aktiv istifadə edənlər də bu qrupa aiddir. Həmçinin məktəblərin açılması ilə virusun yayılmasında fəal iştirak edən uşaqlar da ilkin növbədə peyvənd olunmalıdır.

 

Vaksinasiya nə qədər tez yekunlaşsa bir o qədər yaxşıdır. Vaksin qısa müddət ərzində nə qədər çox insanı əhatə etsə effektivliyi də bir o qədər çox olacaq. Əgər proses 6 aydan çox çəkərsə onda ilk ayda peyvənd olunan şəxslərin immunitetləri zəifləmiş olacaq və daşıyıcı şəxslər onları yoluxdursa nəticə yaxşı olmayacaq".

 

A.Əliyev bu şəxslərin peyvənd olunmayacağını qeyd edib:


"Ağır xəstəliyi, yüksək allergiyası olan şəxslər peyvənd olunmamalıdır. Yüksək allergiyası olan insana peyvənd vurulsa o şok keçirə bilər. Buna görə əvvəlcədən allergiyanın olub-olmaması ilə bağlı analiz verilsə yaxşıdır. Bundan başqa orqan köçürülmüş şəxslərin də immun sistemi çox zəif olduğu üçün onlara vaksin tətbiq etmək olmaz.

 

Hazırda təqdim olunan vaksin 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Uşaqlarda tədqiqatlar hər hansı əks təsir verməsə, o zaman onlara da peyvənd vurula bilər".


Sfera.az

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...