İlham Nağıyev kimdir?

İlham Nağıyev kimdir?
İlham Nağıyev 1 yanvar 1988-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində doğulub. 1994-2004-cü illərdə orta təhsili tamamlayan İlham Nağıyev 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarəedilməsi və Menecment fakültəsinin qiyabi şöbəsinə qəbul olub. Daha sonra təhsilini xaricdə davam etdirməyi üstün tutan Nağıyev, 2005-2006-cı illərdə Londonda SOAS Universitetində, 2006-2009-cu illərdə isə London Şəhər Universitetinin (CASS Business School) Biznesin İdarəedilməsi fakültəsində əyani təhsil alıb.
 
Xaricdə təhsil aldığı müddətdə öz ictimai fəaliyyətləri ilə yadda qalan İlham Nağıyev 2008-ci ildə Böyük Britaniya,  Çexiya, Litva,  Rumıniya,  Avstriya  və  Almaniyada yaşayanazərbaycanlıları birləşdirən və gənclər təşkilatı kimi fəaliyyət göstərən Odlar Yurdu Təşkilatını təsis edib. İlham Nağıyevin sədrliyi ilə Odlar Yurdu Təşkilatı Avropa ölkələrində bir sıra tədbirlər, o cümlədən 2008-ci ildə Londonda azərbaycanlı gənclər arasında "Heydər Əliyev Kuboku" adlı mini futbol turniri təşkil edib. 
 
Eyni ildə İlham Nağıyevin təşəbbüsü ilə Odlar Yurdu Təşkilatı tərəfindən İngiltərədə "Baku United FC” futbol klubunun əsası qoyulub. Klub 2012-2013-cü illərdə peşəkar komanda olaraq İngiltərə Milli Futzal Liqasına qoşulub. Cəmi bir il sonra İngiltərə Super Liqasında çempionluğunu qazanan klub, növbəti ildə UEFA Futzal Kubokunda İngiltərəni təmsil etmək hüququ qazanıb.
 
Xaricdə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdan İlham Nağıyev karyerasını ölkə daxilində davam etdirib. O, ilk öncə 2010-2012-ci illərdə Bakı Dövlət Universitetində Biznesin İdarəedilməsi üzrə magistr dərəcəsi (MBA) alıb. 2013-cü ildən 2016-cı ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin kadr şöbəsinin müdir müavini, daha sonra müdiri vəzifəsində çalışıb.
 

Təhsil aldığı müddət ərzində biznes karyerası istiqamətində də önəmli işlər görən İlham Nağıyev 2010-2013-cü illərdə "GESCO" ASC-də Baş icraçı direktoru vəzifəsində çalışıb. O, hal-hazırda şirkətin müşahidə şurasına sədrlik edir.

 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun...

Sumqayıtda avtobus avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb

Sumqayıt şəhərində sərnişin avtobusu minik avtomobil ilə toqquşub, 4 nəfər xəsarət alıb.   Sfera.az məlumat verir ki, hadisə Bakı küçəsində qeydə alı...

Bayden xərçəngə tutulmasından danışd

Xəbər verdiyimiz kimi, ABŞ-nin keçmiş Prezidenti Co Baydenə prostat xərçəngi diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, o, bu xəbərdən sonra &l...

Müğənni Mirkamil əməliyyat olundu

Uzun zamandır ürəyində problem olan gənc müğənni Mirkamil Kamilov bu gün əməliyyat olub.   Sfera.az Azxeber.com-a istinadla xəbər verir ki, Mirkamili...

Əminə Bakıda belə qarşılandı - VİDEO

İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.   ...

Kraliça Mari Antuanettanın bir tutam saçı hərracda fanastik qiymətə alınıb

Kraliça Mari Antuanettanın şüşə altındakı mis medalyonda bir tutam boz saçı 7500 avroya satılıb. Rəvayətə görə, Fransanın son kraliçası 1793-cü ildə gilyotinlə ...