İlham Əliyevin bu sözləri türk mediasında manşet oldu

İlham Əliyevin bu sözləri türk mediasında manşet oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Sfera.az xəbər verir ki, xarici KİV-lər dörd saatdan çox davam etmiş mətbuat konfransında Prezident İlham Əliyevin jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə toxunduğunu, bir sıra önəmli mesajlar verdiyini qeyd ediblər.

Türkiyənin "Anadolu”, İHA, "Sputnik Türkiyə” xəbər agentliklərində, "Haberler” portalında, "TRT Haber”, "Haber Türk”, CNN, "Haber Global”, "A Haber”, NTV telekanallarında, "Yeni şafak”, "Hurriyet”, "Posta”, "Milliyet”, "Sabah” qəzetlərində yayılmış məlumatlar "Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk Ordusunun kiçik modelini quracağıq”, "Əliyevdən Ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, "Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama”, "Azərbaycan Prezidenti İlham Əliyev: Türk Ordusu bizim üçün ən məqbul modeldir”, "Ərdoğan və Əliyevdən Ermənistana mesaj”, "Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar” və s. sərlövhələrlə təqdim edilib.

Rusiyanın TASS, "Ria Novosti”, "İnterfaks”, "Vestnik Kavkaza”, "Reqnum” agentlikləri, RBK, RT, "Vesti”, 360 telekanalları, "Arqumentı i faktı”, "Nezavisimaya qazeta”, "Kommersant”, "İzvestiya”, "Rossiyskaya qazeta”, "Vzqlyad” qəzetləri, "Life”, "Lenta” saytları Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işləri, Azərbaycanda vaksinasiya prosesi, üçtərəfli Bəyanatın icrası barədə fikirlərini geniş şərh ediblər.

Rumıniyanın "Ultima Ora” (Son saat) qəzeti və "News24hours” xəbər portalı, Yunanıstanın "Real Group Media” şirkəti, Ukraynanın "Obozrevatel”, "Podrobnosti”, "Stopcor”, "Baqnet”, "Tsn”, "Dialog”, "Korrespondent”, "Polemika” xəbər portalları Azərbaycan Prezidentinin mətbuat konfransının dünya ictimaiyyətinə önəmli mesajların çatdırılması baxımından mühüm rol oynadığını qeyd ediblər. Materiallarda bildirilir ki, Prezident İlham Əliyev mətbuat konfransında müxtəlif regional məsələlərlə bağlı jurnalistlərin suallarını 4 dildə dəqiq, səlis və məntiqli cavablandırıb. Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanıb.

Çinin milli xəbər agentliyi "Sinxua", Çin Mərkəzi Televiziyası və digər media orqanları Prezident İlham Əliyevin mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər. Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərini də təqdim ediblər.

Livanın "Al-Masdar News” xəbər saytının, İranın "Mehr” xəbər agentliyinin və "Iran Daily” qəzetinin yaydığı informasiyalarda Prezident İlham Əliyevin mətbuat konfransında bölgədəki mövcud vəziyyət, region ölkələrinin əməkdaşlığı ilə bağlı fikirləri əks olunub.

Qırğızıstanın "Goldenbridgenews” və "Turkeltoday” portalları isə Prezident İlham Əliyevin mətbuat konfransının mətnini tam şəkildə yayıblar.

Gürcüstanın "1tv” kanalı, "Pia”, "Kvira” "Imedi News”, "For”, "Reрort”, "Aktual”, "Interpress”, "Gaxa”, "Marneulifm” saytları dövlətimizin başçısının mətbuat konfransında səsləndirdiyi fikirləri geniş oxucu auditoriyasına çatdırıblar.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...