İlham Əliyevdən yaşlı məmurlara mesaj: “Gənc nəslə yol vermək lazımdır”

İlham Əliyevdən yaşlı məmurlara mesaj: “Gənc nəslə yol vermək lazımdır”
"Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır”.

Sfera.az xəbər verir ki, bunu prezident İlham Əliyev baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə deyib.

Yaşlı məmurlara mesaj ünvanlayan İlham Əliyev deyib: " Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.

Qeyd edək ki, baş nazirin keçmiş müavini Əli Həsənovla görüşdə də prezident gənc kadrlara yer verməyin vacib olduğunu qeyd edib: "Siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”.

OXŞAR XƏBƏRLƏR

Düşmənin canlı qüvvəsi belə məhv edildi - VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Müdafiə Nazirliyindən  verilən məluma...

Ağcaqanadlar koronavirus yayırmı? – HƏKİMLƏR DANIŞDI

"Ağcaqanadın koronavirusu yayması barədə gəzən söz-söhbətlər qeyri-ciddidir”. Bu sözləri Sfera.az-a açıqlamasında ağcaqanadların koronavirusu yaya bilmə...

Türkiyənin Azərbaycandakı səfiri: Mənsimovla vaxtaşırı görüşürük

"Mais Mənsimov hazırda Türkiyənin fəxri konsulu vəzifəsinin icrasını davam etdirir”. Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki fövqəlad...

ABŞ Heritage Fondu: Azərbaycandan Türkmən qazı Avropaya nəql edilməlidir

ABŞ-ın ən tanınmış düşüncə mərkəzlərindən olan Heritage Fondu (Heritage Foundation) G7 (Böyük Yeddilər) Sammiti öncəsi ABŞ Prezidenti Donald Trampın dünya...

“Guardian” Eldar Mahmudovun və övladlarının 100 milyon funt sterlinqindən yazdı - TƏFƏRRÜAT

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı şokedici məxfi məlumatlar yayılıb. Sfera.az-ın məlumatına görə, nüfuzlu "Guardian” qəzeti Eldar ...

Məğlub tərəf olmaqdan bezginliyin hayqırtısı...

Vurmalıydıq, vurmamalıydıq? İndi ölkə gündəmini müəyyənləşdirən sosial şəbəkələrdə müzakirələr bu sual ətrafında aparılır. Xalq olaraq sanki iki böyük hissəyə...