İlham Əliyev: SOCAR Ukraynada fəaliyyəti genişləndirmək istəyir

İlham Əliyev: SOCAR Ukraynada fəaliyyəti genişləndirmək istəyir
Ukrayna və Azərbaycan uzun illər ərzində bir-birilə uğurla əməkdaşlıq edir, biz beynəlxalq platformalarda da bir-birimizin maraqlarını müdafiə edirik.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi geniş tərkibdə görüşündə deyib.

Dövlət başçısı bildirib:

"İki ölkənin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi, müdafiə edilməsi əməkdaşlığımızın səviyyəsindən xəbər verir. Bu gün siyasi dialoqla bərabər, çox geniş iqtisadi gündəliyimiz var. Bu gün biz Sizinlə bu gündəliyi geniş, bir-bir müzakirə etdik və qeyd etdiyiniz kimi, çox gözəl perspektivlər var".

"Şadam ki, artıq iqtisadi sahədə canlanma var, baxmayaraq ki, pandemiya hələ davam edir. Amma ticarət dövriyyəmizin qalxmasına nəzər salsaq görərik ki, müsbət meyillər mövcuddur. Bu gün müzakirə etdiyimiz və əminəm ki, həyata keçiriləcək məsələlər və layihələr bizim iqtisadi əməkdaşlığımızı dərinləşdirəcək. Ənənəvi olaraq, energetika sektorunda bizim əməkdaşlığımız var, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR uzun illər Ukraynada fəaliyyət göstərir və bu fəaliyyəti genişləndirmək istəyir. Nəqliyyat, kənd təsərrüfatı, turizm sektorlarının da böyük perspektivləri var. Əsas odur ki, hökumətlərarası komissiya bütün bu məsələləri geniş təhlil edib konkret qərarların hazırlanması ilə bağlı bundan sonra da fəal məşğul olsun. Mən komissiyanın fəaliyyətini müsbət qiymətləndirirəm və eyni zamanda, müxtəlif dövlət qurumları arasındakı təmaslar da son vaxtlar daha intensiv xarakter alır. Həm qarşılıqlı səfərlər, eyni zamanda, telefon vasitəsilə təmaslar bir çox məsələlərin həllinə xidmət göstərir", - Prezident qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...