İlham Əliyev Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi

İlham Əliyev Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
 

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Sfera.az xəbər verir ki, təbrikdə bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayının dünya müsəlmanlarının ən əziz ayı olduğu bildirilir. Qeyd edilir ki, oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.

Vurğulanır ki, Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib, böyük alimlər və mütəfəkkirlər yetişdirib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.

Təbrikdə qeyd edilir ki, bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. "İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram”, - deyə dövlətimizin başçısı bildirir.

OXŞAR XƏBƏRLƏR

Polad Həşimov küçəsi ilə bağlı açıqlama: “Bu, səhv məlumatdır...”

  "Qəbələdə şəhid general-mayor Polad Həşimovun ikinci ən böyük küçəsinə adının verilməsi bir sıra KİV-lərdə yanlış işıqlandırılıb”.   Sfera.az&nbs...

Düşmənin canlı qüvvəsi belə məhv edildi - VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Müdafiə Nazirliyindən  verilən məluma...

Ağcaqanadlar koronavirus yayırmı? – HƏKİMLƏR DANIŞDI

"Ağcaqanadın koronavirusu yayması barədə gəzən söz-söhbətlər qeyri-ciddidir”. Bu sözləri Sfera.az-a açıqlamasında ağcaqanadların koronavirusu yaya bilmə...

Türkiyənin Azərbaycandakı səfiri: Mənsimovla vaxtaşırı görüşürük

"Mais Mənsimov hazırda Türkiyənin fəxri konsulu vəzifəsinin icrasını davam etdirir”. Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki fövqəlad...

ABŞ Heritage Fondu: Azərbaycandan Türkmən qazı Avropaya nəql edilməlidir

ABŞ-ın ən tanınmış düşüncə mərkəzlərindən olan Heritage Fondu (Heritage Foundation) G7 (Böyük Yeddilər) Sammiti öncəsi ABŞ Prezidenti Donald Trampın dünya...

“Guardian” Eldar Mahmudovun və övladlarının 100 milyon funt sterlinqindən yazdı - TƏFƏRRÜAT

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı şokedici məxfi məlumatlar yayılıb. Sfera.az-ın məlumatına görə, nüfuzlu "Guardian” qəzeti Eldar ...