No Image

İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı

İlham Əliyev Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzaladı
 

Prezident İlham Əliyev tanınmış ictimai xadim, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov vəfatı ilə bağlı nekroloq imzalayıb. 

AZƏRTAC-ın məlumatına görə, başsağlığı mətnində deyilir: 

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir. 

Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur.

Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır.

Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur.

1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır.

Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır. Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi.

O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir.

Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə "Şöhrət”, 2013-cü ildə "Şərəf” və 2018-ci ildə "İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Əli Əhmədov

Eldar Əzizov

Ziyad Səmədzadə

Eldar İbrahimov

Əhliman Əmiraslanov

Teymur Bünyadov

Sudeif İmamverdiyev”.

OXŞAR XƏBƏRLƏR

Ermənistan dövlət qurumlarının məxfi sənədləri əlimizdə - FOTO

Ermənistanın dövlət strukturlarına məxsus çox sayda məxfi sənədlər ələ keçirilmişdir. Sfera.az xəbər verir ki, Ermənistan hakimiyyətinin hüquq-mühafizə ...

“Türk milləti bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır” - Ərdoğan

"Bugünkü telefon danışığı zamanı bacarıq və qətiyyətinə bir daha şahid olduğum Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevə də bildirdiyim kimi, Türkiyə "bir m...

Ermənistan itkilərini gizlədə bilmir: ölkədə etirazlar başlayıb

Artıq Ermənistan hökuməti ordudakı itkilərini gizlədə bilmir. Düşmən tərəf Azərbaycan Ordusunun vurduğu zərbələrdən sonra hərbçilərinin ölüm xəbərlərinin ...

Düşmənin yaraladığı Eşqin Allahyarovun vəziyyəti ağırdır - FOTO

Düşmənin hərbi təxribatı nəticəsində Ağdam rayonunun Mirəşelli kənd sakini 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəs...

Hərbi ekspert Ermənistanın “fake” xəbərlərini ifşa etdi

"Ermənistan tərəfinin paylaşdığı videokadrların bu gün başlayan hərbi əməliyyatlarla əlaqəsi yoxdur”. Bunu Ordu.az-ın hərbi eksperti Ədalət Verdiyev deyib. ...

Zakir Həsənov: "Düşmənin ön xətti yarılıb və 7 kənd işğaldan azad olunub"

"Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb. 7 kənd işğaldan azad olunub".   Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polk...