İdmançımızdan tarixi uğur - FOTOLAR

İdmançımızdan tarixi uğur - FOTOLAR
Azərbaycan bodibildinqçisi Əliyulla Abbaszadə tarixi uğura imza atıb.

Sfera.az xəbər verir ki, təmsilçilərimiz İspaniyanın Sevilya şəhərində təşkil olunan mötəbər "Arnold Klassik Avropa” yarışında üç medal qazanıblar.

Turnirdə 95 kiloqram çəki dərəcəsində çıxış edən Əliyulla Abbaszadə bütün rəqiblərini qabaqlayaraq, nüfuzlu yarışın qalibi olub. Təmsilçimiz, həmçinin, mütləq kateqoriyada bürünc medala yiyələnib. Bu medallar Azərbaycan bodibildinq idmanı tarixində "Arnold Klassik” yarışlarında qazanılan ilk mükafatlardır.

Digər idmançımız Rasim Həsənov isə mens fizik yarışlarında fərqlənərək, qızıl medal qazanıb. R.Həsənov mayda İspaniyada təşkil olunan Avropa çempionatında da birinci olmuşdu.

"Arnold Klassik Avropa” yarışı 2011-ci ildən keçirilir. Hər il İspaniyada keçirilən yarış məşhur idmançı Arnold Şvartseneqqerin təşəbbüsü və Beynəlxalq Bodibildinq və Fitness Federasiyasının təşkilatçılığı ilə baş tutur.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...