İdmançılarımız Avropa çempionatını iki medalla başa vurdu

İdmançılarımız Avropa çempionatını iki medalla başa vurdu
Bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil edilən və Azərbaycan komandasının da qatıldığı böyüklər arasında Avropa çempionatının son gününün yarışları keçirilir.

Sfera.az xəbər verir ki, artıq komandamız qitə çempionatında çıxışını başa vurub. Belə ki, bu gün mübarizəyə qatılan iki idmançımız - 87 kiloqram çəki dərəcəsində Payam Qobadi Oğaz və 87 kiloqramdan yuxarı çəki dərəcəsində Olimpiya çempionumuz Radik İsayev ilk döyüşlərində qalib gəlsələr də, yarımfinala adlamaq şanslarını əldən veriblər. Payam Qobadi ilk qarşılaşmasında Yunanıstan təmsilçisi Nikolaos Tzellosu 10:6 hesabı ilə məğlub etsə də, serbiyalı İvan Sapina 13:14 hesabı ilə məğlub olub. Radik İsayev isə ilk rəqibi serbiyalı Milos Golubovicə (22:10) qalib gəlsə də, yarımfinalın bir addımlığında ispan rəqibi İvan Qarsiyaya 17:19 hesabı ilə uduzub.

Beləliklə, millimizin iki üzvü - kişilər arasında Milad Beigi Hərçəqani (80 kq) çempionatın gümüş, qadınlar arasında isə Minayə Əkbərova (46 kq) bürünc medallarına sahib olublar.

Xatırladaq ki, komandamız yarışda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin və baş məşqçilər Reza Mehmandosut və Elnur Amanovun rəhbərliyi ilə 11 idmançı ilə təmsil olunurdu. Hakimlərdən isə federasiyanın baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev ölkəmizi təmsil edib.

OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...