“Bakı gözəl şəhərdir” - David Luiz

“Bakı gözəl şəhərdir” - David Luiz

"Bu turnirdə hədəfimiz finala gedib çıxmaq idi. Buna nail olduğumuz üçün xoşbəxtəm. Həlledici oyunda da qalib gəlməyə çalışacağıq”. 

"Qafqazinfo” xəbər verir ki, bu sözləri "Çelsi”nin futbolçusu David Luiz deyib. 

Avropa Liqası finalı çərçivəsində Bakıda "Arsenal”la qarşılaşacaq "zadəganlar”ın oyunçusu paytaxtımıza gələ bilməyəcək komanda yoldaşlarından da danışıb. Braziliyalı müdafiəçi erməni futbolçu Henrix Mxitaryanla bağlı da fikirlərini bölüşüb: "Futbol siyasət deyil. Verilən qərarlara da hörmətlə yanaşmaq lazımdır. "Qarabağ”a qarşı oynayarkən Bakını gəzmək imkanım oldu. Həqiqətən çox gözəl şəhərdir”.

Qeyd edək ki, "Çelsi” – "Arsenal” matçı mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...