\"Rəşadın qarşısını kəsməsəydilər, onun şalvarını çıxaracaqdı\" - Aqil Abbas

\
Ötən gecə Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Arsenal” – "Qarabağ” matçında da ermənilər öz təxribatlarından qalmayıb.

Qondarma rejimin "bayrağı” ilə meydana daxil olan erməniyə Ağdam klubunun kapitanı Rəşad Sadıqov sərt təpki göstərib.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Yenicag.az-a danışan millət vəkili Aqil Abbas ermənilərin ilk dəfə təxribata əl atmadığını deyir:


"Oyunu izlədim. Bunların adətidir də. O vaxt "Atletiko”nun formasında "Odlar Yurdu Azərbaycan” yazılanda da gətirib qapının arxasında qondarma rejimin bezini asırdılar. Bir-iki oyundan sonra o əskini yığışdırdılar. İspan nə bilir ki, bu haranın bayrağıdır. Londonda da bunu bilməyə bilərlər. Ölkə deyil ki, bayrağını tanısınlar. O xuliqanlıq edib, meydançaya girdi, Rəşad qardaşım da üstünə getdi. Rəşadın qarşısını kəsməsəydilər, onun şalvarını çıxaracaqdı. Qara Qarayev də həmçinin. Rəşad ona tərəf gedən kimi it kimi qaçdı. Hər yerdə meydançaya girənlər olur. İngiltərədə stadionlar elədir ki, birinci sırada oturan adam hoppanıb meydançaya girir”.


Aqil Abbasın sözlərinə görə, "Qarabağ”ın avrokuboklara çıxışı ermənilərə göz dağıdır:


"Bu, ermənilər üçün gözdağıdır. O vaxt ermənilər "Artsax”la Avropaya getmək istəyirdi. Fuad Musayevin dönəmində AFFA ayağa qalxıb buna imkan vermədi. Bir çox siyasətçilərin görə bilmədiyi işi "Qarabağ” Çempionlar Liqasına, Avropa Liqasına düşməklə etdi. Dünyanın bütün yerlərində yazırlar ki, "Qarabağ”ın təmsil olunduğu Ağdam ermənilər tərəfindən işğal olunub”.
 

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...