Səkkiz saniyəyə nokaut - Fotolar

Səkkiz saniyəyə nokaut - Fotolar

Azərbaycanlı kikboksçu Bəxtiyar İsgəndərzadə Almaniyada keçirilmiş beynəlxalq turnirdə Avropa kəməri qazanıb.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, həmyerlimiz rəqibini 8 saniyəyə nokaut edib. Azərbaycanlı idmançı, kikboksinq üzrə ikiqat dünya çempionu Bəxtiyar İsgəndərzadə Almaniyanın paytaxtı Berlində keçirilmiş "Battle of Berlin-6" kikboksinq üzrə turnirdə qalib gəlib. Döyüşdən əvvəl ölkəmizin himni səsləndirilib.

63,5 çəki dərəcəsində mübarizə aparan idmançımız 8 saniyəyə rəqibi Bosniya və Hesoqovinalı Jasmin Dervisegiçi nokaut edib. Turnirdə inamlı qələbə qazanan idmançımız kikboksinq İSKA versiyası üzrə Avropa kəmərinə sahib çıxıb.

Qeyd edək ki, kikboksinq üzrə ikiqat Dünya çempionu, üç dəfə respublika çempionu, WAKO Avropa Çempionatının gümüş mükafatçısı Bəxtiyar İsgəndərzadə Almaniyada yaşayır, lakin beynəlxalq yarışlarda Azərbaycanı təmsil edir.

 

Səkkiz
Səkkiz
Səkkiz


OXŞAR XƏBƏRLƏR

Bu il 42 üçəm doğulub

Bu ilin ilk üç ayı ərzində doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,5 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,5 faiz olub.   S...

“Kontakt” Naxçıvan mağazasının açılışını Aygün Kazımova ilə etdi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM

Bu günlərdə Naxçıvan böyük bir hadisəyə ev sahibliyi etdi: çünki “Kontakt” Naxçıvandakı mağazasının qapılarını tam rəsmi şəkildə müştərilərinin üzün...

İstanbul danışıqlarının vaxtı dəyişdirildi

İstanbulda Rusiya-Ukrayna danışıqları günortadan sonraya planlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bil...

Bu sahədə çalışanlar 2209 manat alır - Rəsmi

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 962 manat təşkil edib.   Sfera.az Döv...

Məşhur ispan aparıcıya ağır ittiham - Özünü heyvansevən kimi göstərib pul mənimsəyib

İspaniyada televiziya aparıcısı və tanınmış heyvan hüquqları fəalı Frank Kuestanın adının qarışdığı ianə fırıldağı ölkə gündəmini zəbt edib. “Vəhşi Frank&...

Boşanmaların sayı azaldı

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11 min 206 nikah və 4 min 765 boşanma halları qeydə alınıb.  ...