Dünya çempionatının daha bir iştirakçısı bəlli olub

Dünya çempionatının daha bir iştirakçısı bəlli olub

Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.

Yaponiya millisi DÇ-2018-ə vəsiqəni təmin edib. Seçmə mərhələnin Asiya zonasının B qrupunun 9-cu turunda Avstraliya yığmasını qəbul edən gündoğar ölkənin təmsilçisi 2:0 hesabıyla qalib gəlib. Oyunda yaponların qollarına 42-ci dəqiqədə Takuma Asano və 82-ci dəqiqədə Yosuke İdequçi imza atıblar.

Bu qələbəylə xallarının sayını 20-yə çatdıran Vahid Halilhociçin yetirmələri mundiala vəsiqəni vaxtından öncə təmin ediblər.

Xatırladaq ki, seçmə mərhələnin Asiya zonasında Yaponiya millisindən öncə İran yığması da dünya çempionatına vəsiqə qazanmışdı. Bu iki komandadan əlavə, Braziliya və mundiala ev sahibliyi edəcək Rusiya yığmasının da DÇ-2018-də iştirakı dəqiqləşib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...