Ukraynalı qapıçı satışa çıxarılıb

İdman
09:49 / 14.07.2025
2411
Portuqaliyanın "Benfika" klubu Ukrayna millisinin qapıçısı Anatoli Trubini satışa çıxarıb.
Sfera.az "Record" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi 23 yaşlı qolkiperin ABŞ-də keçirilmiş klublararası dünya çempionatındakı uğurlu çıxışından sonra bu addımı atıb.
Klub onun satışından yaxşı qazanc əldə edəcəyini düşür. "Benkifa" Trubini "Şaxtyor"dan 10 milyon avroya alıb. Donetsk təmsilçisi qapıçının növbəti satışından 30-40 faiz gəlir əldə etməlidir.
Qeyd edək ki, Anatoli Trubin 2024/2025 mövsümündə Portuqaliya çempionatında 32 oyun keçirib və 28 qol buraxıb. Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.