"Real" onu satmayacaq

"Real" onu satmayacaq

İspaniyanın "Real" klubunun futbolçusu Qonsalo Qarsiya ilə bağlı yekun qərarı bəlli olub.

 

Sfera.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

 

Madrid təmsilçisi 21 yaşlı hücumçunu satmaq və ya icarəyə vermək niyyətində deyil. Baş məşqçi Xabi Alonso da ispan forvardı növbəti mövsüm komandada saxlamaq istəyir.

 

Qeyd edək ki, Qonsalo Qarsiyanın "Real"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.


OXŞAR XƏBƏRLƏR