Məşhur futbolçu karyerasını bitirdi

İdman
17:54 / 23.06.2025
4055
Ötən mövsümün sonunda Türkiyənin “Qalatasaray” komandasından ayrılan Dris Mertens karyerasını bitirib.
Sfera.az xəbər verir ki, bu barədə 38 yaşlı belçikalı futbolçu məlumat verib.
O, iyulun 3-də özü üçün vida matçı təşkil ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Dris Mertens karyerası ərzində “Qalatasaray”la yanaşı, Niderlandın PSV və İtaliyanın “Napoli” kimi tanınmış klublarında da çıxış edib. O, Belçika millisinin heyətində 109 oyuna 21 qolla yadda qalıb.