Messi ABŞ klubuna milyonlarla ziyan vurdu

Messi ABŞ klubuna milyonlarla ziyan vurdu

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano sıx oyun qrafiki səbəbindən Lionel Messini MLS çərçivəsində keçirilən "Hyuston Dinamo" ilə səfər oyununda (4:1) heyətə daxil etməyib.

 

Sfera.az xəbər verir ki, Messinin istirahət etməsi meydan sahibi azarkeşlərin narazılığına səbəb olub. Çünki MLS onun populyarlığından marketinq məqsədləri üçün istifadə edib. Nəticədə biletlər yüksək qiymətə satılıb.

 

Azarkeşlərin narazılığına cavab olaraq "Dinamo" onlara qarşıdakı oyuna pulsuz bilet təklif edib. "Rəqiblərimizin heyətinə nəzarətimiz yoxdur, lakin azarkeşlərə təşəkkür etmək istəyirik", - deyə klub açıqlamasında bildirib.

 

Bu yolla "Hyuston Dinamo" milyonlarla dollar itirsə də, azarkeşlərinə qarşı sədaqətini göstərməyə çalışıb.

 

Qeyd edək ki Messinin KONKAKAF Çempionlar Liqasında "Kavalyers"ə qarşı matçda meydana çıxması gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Dilənçinin günlük qazancını pulsayanla hesabladılar- FOTO

Türkiyənin Van vilayətində saxlanılan dilənçidən 75 min TL-dən artıq (3.144 AZN-dən artıq) pul tapılıb.   Sfera.az xəbər verir ki, həmin pullar pulsa...

Gəncə sakini dönərxanada bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.    Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində olub.   İlkin məlumata görə, 1988-ci il tə...

Nazirlik növbəti dəfə hərrac keçirdi

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli bankla...

Skuterdən istifadə edənlərin nəzərinə: Xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər - VİDEO

Cəmi bir dəfə skuterdən istifadə edən şəxsin kartından onun icazəsi olmadan abunə haqqı çıxılıb.   Sfera.az bildirir ki, “Xəzər Xəbər”ə m...

Erməni həkimbarmaqlarımı anesteziyasız amputasiya edib - MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

“Mançester Siti” 40 milyona qapıçı transfer etdi

“Mançester Siti” yeni qapıçı transfer edib.   Sfera.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.   ...