Azərbaycanın gənc boksçulardan ibarət millisi tarixi uğura imza atdı

Azərbaycanın gənc boksçulardan ibarət millisi tarixi uğura imza atdı

Azərbaycanın gənc boksçulardan ibarət millisi Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında tarixi uğura imza atıb.

 

Sfera.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığmanın 5 boksçusu mundialın yarımfinalına adlayıb.

 

Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsini qələbə ilə başa vurublar. Bununla da yığmamız yarışın 5 mükafatını təmin edib.

 

Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Komanda indiyədək gənclərin dünya birinciliyində heç vaxt bu qədər mükafat qazanmayıb.

 

Aynur Mikayılova isə mundialda medal qazanacaq ilk azərbaycanlı qız boksçu olacaq. Bunadək heç bir idmançımız bunu bacarmayıb.

 

Qeyd edək ki, əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl Azərbaycanın 4 boksçusu yarımfinala adlayıb. Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçuların qazancı 4 bürünc mükafat olub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı müğənni sənətdən GETDİ - İsraildə həkim işləyir

Müğənni Emil Bədəlov açıqlması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, üzvü olduğu keçmiş "N-brothers" qrupu barədə danışıb. &nb...

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...