"Qarabağ" klubu dünya reytinqində 8 pillə gerilədi

"Qarabağ" klubu dünya reytinqində 8 pillə gerilədi

"Qarabağ" dünya klublarının reytinq siyasında 8 pillə geriləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb.

 

Azərbaycan çempionu 174,75 xalla 60-cı sırada qərarlaşıb. Ölkənin digər təmsilçilərindən "Zirə" (95,75 xal) 10 mövqe irəliləyərək 201-ci olub. 17 pillə artıran "Sabah" isə 411-cidir.

 

503 klubun olduğu siyahıda "Neftçi" yer almayıb.

 

Qeyd edək ki, İspaniyanın "Real" komandası (420 xal) liderdir. İngiltərənin "Mançester Siti" klubu (364 xal) ikinci, Almaniya təmsilçisi "Bayer 04" (362 xal) üçüncüdür.


OXŞAR XƏBƏRLƏR