"Fənərbağça" səfərdə qələbə qazandı

"Fənərbağça" səfərdə qələbə qazandı

Türkiyə Superliqasında VII turun növbəti oyunu keçirilib.

 

Sfera.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Antalyaspor"la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Antalyaspor"u vaxtilə İstanbul klubunda çıxış etmiş braziliyalı veteran futbolçu Aleks de Souza çalışdırır.

 

Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Fənərbağça" 2-ci sıraya yüksəlib. "Antalyaspor" isə 8 xalla 13-cü pillədə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR