Azərbaycan cüdoçusu Avropa çempionu oldu
İdman
17:42 / 05.09.2024
12102
Azərbaycan cüdoçusu Könül Əliyeva (52 kq) Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.
Sfera.az-ın məlumatına görə, bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əliyeva Azərbaycanın aktivinə ilk qızıl medalı yazıdırıb.
Finalda uduzan Nizami İmranov (60 kq) gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.