Azərbaycan I Liqasının qalibi mükafatlandırıldı

Azərbaycan I Liqasının qalibi mükafatlandırıldı

Futbol üzrə Azərbaycan I Liqasının qalibi olan "Şamaxı" klubu mükafatlandırılıb.

 

Sfera.az-ın məlumatına görə, tədbir Şamaxı şəhər stadionunda gerçəkləşib.

 

İlk olaraq oyunçulara medallar təqdim olunub. Ardınca komandaya kubok verilib.

 

Mükafatları Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, PFL əməkdaşı Məlik Həsənov təqdim ediblər.

 

Qeyd edək ki, "Şamaxı" klubu 27 turdan sonra 57 xalla I Liqanın qalibi olub.


OXŞAR XƏBƏRLƏR