Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı

Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı

"Liverpul"un baş məşqçisi Yurgen Klopp son üç ildə İngiltərə çempionu olan "Mançester Siti"nin 115 maliyyə pozuntusunda ittiham olunmasına münasibətilə bağlı sualı cavablandırıb.

 

"Bu ittihamlar haqqında hər kəs bilir, amma bunun nə demək olduğunu bilmirəm. Mən yalnız onların yerini bilirəm. "Mançester Siti"də baş verənlərdən asılı olmayaraq, Pep Qvardiola dünyanın ən yaxşı meneceridir, əsl vacib olan budur. Bu kluba hansısa başqa mütəxəssis təyin etsəniz, o, ardıcıl dörd dəfə Premyer Liqanın qalibi olmayacaq. Bu, onun da, komandanın da xidmətidir.

 

Bu o deməkdirmi ki, onlar istədiklərini edə bilərlər? Yox. Amma dəqiq nə etdiklərini bilmirəm. Təbii ki, hamı kimi mən də nə vaxtsa həqiqəti bilmək istərdim. Amma o vaxta qədər başqa yerdə olacağam", - deyə Klopp bildirib.

 

Xatırladaq ki, 2023-cü ilin fevralında Premyer Liqa "Mançester Siti"ni 2009/2010 mövsümü ilə 2017/2018 mövsümü arasında 115 maliyyə qaydalarını pozmaqda ittiham etmişdi.


OXŞAR XƏBƏRLƏR

"Türkiyə Azərbaycanla hər zaman birlikdə olacaq" - Müdafiə Nazirliyi

Türkiyə Azərbaycanla hər zaman bir və bərabər olacaq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Azərbaycanın Müstəqilli...

“Gürcüstan cəmiyyəti seçimində yanılmayacaq” - VİDEO

“Qonşu Gürcüstandakı seçkilər bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Gürcüstandakı seçkilərdə hakimiyyət indiyədək aparılan xarici siyasətin səhv olduğunu ...

Türkiyədə ağır qəza - 6 ölü, 25 yaralı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, Aksaray-Ankara avtomobil yolunda tur a...

Aparıcının bu sualı Kamala Harrisi əsəbiləşdirdi - VİDEO

Demokratlar partiyasının namizədi Kamala Harrisin son açıqlaması diqqət çəkib.   Sfera.az bildirir ki, o, “Fox News” kanalına müsahibə ve...

Milli Məclis İlham Əliyevə və Mehriban Əliyevaya TƏBRİK ÜNVANLADI

Son 100 illikdə ölkəmiz iki dəfə müstəqillik yaşayıb. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 18 oktyabr 2024-cü il tarixli iclasında parlamentin sədr...

İki nəfərin güllələnərək öldürülməsinin TƏFƏRRÜATI - Oğlunun borcu var imiş

Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatları üzə çıxıb....