2005-dən bəri İLK OYUN: "Liverpul" - "Betis"
![2005-dən bəri İLK OYUN:](https://sfera.az/photo/orginal/2024/04/10/1712735270_b31e98d6-0d8c-4fe0-9244-facc3e0604f2.jpg)
İdman
11:48 / 10.04.2024
3271
"Liverpul"un rəsmi saytı ABŞ-də mövsüm öncəsi yay turu çərçivəsində İspaniyanın "Betis" klubu ilə yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb.
Sfera.az bildirir ki, görüş iyulun 26-da Pitsburqda baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl 23 noyabr 2005-ci ildə Çempionlar Liqasının qrup mərhələsində "Liverpul" və "Betis" komandaları üz-üzə gəlib, görüş qolsuz bərabərliklə yekunlaşıb.
Həmçinin ABŞ-yə səfəri zamanı “Liverpul” Londonun “Arsenal” (31 iyul, Filadelfiya, Pensilvaniya) və “Mançester Yunayted” (3 avqust, Kolumbiya, Cənubi Karolina) klubları ilə yoldaşlıq oyunları keçirəcək.
Fatimə Lətif